vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
13:02 | 2 sentyabr 2018 | Bazar Məqaləyə 2543 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heç yerdə görməmişəm”

Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan

Şahbaz XUDUOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Bakı Kitab Mərkəzinin ictimaiyyət üçün açılışı oldu. Mən çox kitab yarmarkalarında iştirak etmişəm, hansı ölkəyə getsəm mütləq kitab dükanlarına baş çəkirəm, belə gözəl, geniş, yaraşıqlı, işıqlı, havalı, kitab dükanı görməmişəm.

Mərkəz “Malakan bağının” yanındadır. Travmatologiya İnstitutunun yerləşdiyi binanın çöl divarları saxlanılmaqla içərisi tam fərqli şəkildə, yüksək bir zövqlə yenidən qurulub.

Döşəmə, divarlar, tavan, istifadə olunan rənglər, materiallar; bütün bunların ahəngi adamı Bakının keçmişinə aparır - sirli və möcüzəli bir məkana. Bu sirli, tarixi binanın müasir kitabın ixtiyarına verilməsi mənə görə son illərin ən əlamətdar hadisəsidir.

İçəridə oxucu üçün bütün şərait qurulub, azyaşlı uşaqlar üçün ayrıca guşə yaradılıb; kitabxana xidməti – yerindəcə kitab götürüb oxumaq olar; kompüter və internet xidməti pulsuzdur – ayrıca masalarda kompüterlər oxucuların istifadəsində olacaq. Eləcə də çay və kofe məkanı.

Kitab müzakirələri, təqdimatları keçirmək üçün də əla şərait yaradılıb.

İnanıram ki, bu mərkəz Azərbaycan kitab mədəniyyətinin inkişafına yeni mərhələ olacaq. Bu əvəzsiz töhfədən gələcək nəsillər layiqincə faydalana biləcək. Buraxdığımız kitabların oxucuya təqdimatında biz naşirlərə də böyük dəstək olacaqdır.

Kitab mərkəzinin yaradılmasında əməyi keçən hər kəsə ürəkdən təşəkkür və təbriklərimi çatdırıram. İnanıram ki, Günel xanımın açılışla bağlı yaşadığı həyəcan həm də cəmiyyətimizin kitaba biganəliyi ilə bağlı bir təbilidir.

Bir daha naşirləri, kitabçıları, yazarları ürəkdən təbrik edirəm.