Məşhur yazıçının qızına vəzifə verildi
Günel Rzayeva yeni açılan mərkəzin direktoru oldu
Vaxt.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qısa filmlər festivalı başlayır
905 filmdən 72-si müsabiqədə iştirak hüququ qazanıb
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
Mütaliə və kitablar arasında istirahət
Bakı Kitab Mərkəzində təqdimat keçirilib
-
Paytaxtda yeni kitab aləmi
Bakı Kitab Mərkəzi mütaliə ilə zövqlü istirahət və müxtəlif ədəbi-mədəni tədbirlər üçün əvəzsiz məkan olacaq
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qızı Günel Rzayeva yeni vəzifəyə təyin edilib. Günel Rzayeva bir neçə gün öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və açılışı olan Bakı Kitab Mərkəzinin direktoru təyin edilib.
Yazıçı, publisist və jurnalist, türkoloq Günel Rzayeva BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil alıb. O, bundan əvvəl “Pəncərə”, “Ölkəm”, “Azercell” jurnallarının baş redaktoru vəzifələrində işləyib.
Günel Rzayevanın direktoru olduğu Bakı Kitab Mərkəzi ictimaiyyət üçün açıq olacaq.
Bakı Kitab Mərkəzi layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını səmərəli keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib.
Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar da əldə etmək olar. Eyni zamanda, sensor ekranlarda Mərkəzdə satılan kitablar haqqında məlumat almaq mümkündür.
Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Kitab satışı ilə yanaşı, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim edilən kitab və jurnallarla tanış ola biləcəklər.
Həmçinin burada müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirlərini və “Azərmarka”nın məhsullarını əldə etmək mümkündür.
Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet resursları vasitəsilə kitablar sifariş verə biləcəklər.