“Azərbaycan xalçası-ilmələrin rəqsi”
Yeni xalı kolleksiyası təqdim olunub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kürdəxanılılar arzusuna çatdı
“Yeniləşən Azərbaycana - yeni məktəb” davam edir
-
“Zamanında...” – bu dəfə Bakıda
Rus avanqard rəssamlarının əsərlərinin sərgisi
-
Qışın ən böyük festivalı
“Zima”ya iki gün qaldı...
-
Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
Məşhur yazıçının qızına vəzifə verildi
Günel Rzayeva yeni açılan mərkəzin direktoru oldu
-
Fonddan Qardabaniyə hədiyyə
-
Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi
“Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr Azərbaycanın avanqard qabiliyyətini əks etdirir”
-
Təbiət və dəbin vəhdəti
Heydər Əliyev Mərkəzində “Moda məkanı” sərgisi
-
Leyla Əliyeva uşaq festivalında
Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm bayram keçirilib
-
Moskvada «Xocalıya ədalət!» istənildi
Polad Bülbüloğlu: «İnsanları azərbaycanlı olduqlarına görə öldürüblər...»
-
İDEA-dan ideal aksiya
Leyla Əliyeva «Xocalıya ədalət!» kampaniyası çərçivəsində ağacəkmə tədbirində iştirak edib
-
«Badam ağacı çiçəkləyəndə»
Leyla Əliyeva Xocalı faciəsinin ildönümü ilə bağlı tamaşanın təqdimatında iştirak edib
-
Balacalara nağıl kimi bayram
Heydər Əliyev Fondu uşaqlar üçün təşkil etdiyi ənənəvi şənlikdə Birinci vitse-prezident Mehriban Əliyeva təbrik nitqi söylədi
-
«İradənlə tarix yaz»
Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Gəncə Marafonu - 2017» keçirilib
-
«Çox gözəl bir gün»
Qənirə Paşayeva «Gəncə Marafonu»ndan yazdı
Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib.
Layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim edilib.
“Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat isə eyniadlı kitabda yer alıb. Nəşrdə oxuculara Azərbaycanda xalça sənətinin tarixi, qədim sənətin yaşadılması üzrə dövlət tərəfindən görülən tədbirlər, yeni kolleksiyanın ərsəyə gəlməsi prosesi barədə materiallar təqdim olunur.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıqları və qayğısı nəticəsində Azərbaycanda xalçaçılıq sənətinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilib, müxtəlif layihələr həyata keçirilib.
A.Ələkbərov qeyd edib ki, “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitabın təqdimatı 8 il ərzində ərsəyə gəlib. O, bildirib ki, kolleksiya Heydər Əliyev Mərkəzində ilk dəfədir nümayiş olunur: “Biz bu kolleksiyanın bir hissəsini öncədən Parisdə, UNESCO-nun baş qərargahında daha sonra Kann şəhərində təqdim etmişik. Bu böyük bir kolleksiyadır”.
Heydər Əliyev Mərkəzinin direktoru kolleksiyanın hazırlanmasında əməyi keçən bütün insanlara təşəkkürünü bildirib, daha sonra toxucu xanımları səhnəyə dəvət edib. O, qeyd edib ki, toxucu xanımlar 8 il bu əziyyətə qatlaşsalar da nəticə göz qabağındadır.
Anar Ələkbərov bu işlərin həyata keçirilməsinə qayğısını əsirgəməyən Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, həmçinin layihənin ərsəyə gəlməsində Xalq rəssamı Eldar Mikayılzadənin əməyini xüsusi vurğulayıb.
Xalq rəssamı Eldar Mikayılzadə bildirib ki, dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Xalq rəssamı Lətif Kərimov Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünyada tanıdılmasına böyük əmək sərf edib: “Lətif Kərimov xalçaçılıq sənətinin başlıca bədii istiqamətlərini, onların üslub xüsusiyyətlərini müəyyən edib. Azərbaycan xalçalarının dəqiq təsnifatını verib ki, bu da onun “Azərbaycan xalçası” üçcildlik fundamental kitabında öz əksini tapıb”.
Bildirib ki, Heydər Əliyev Fondunun qədim sənətə yeni nəfəs verən kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı - gəbələri bənzərsiz sənət nümunələri kimi ziyarətçilərin marağına səbəb olub. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsilə ziyarətçiyə öz mesajlarını çatdırır. “Yaranış” əsərində isə xammalın hazırlanmasından xalçanın tam ərsəyə gəlməsinə kimi bütün mərhələlər parlaq bədii dillə öz əksini tapıb. Xalçanın aşağı hissəsində əks olunan oturacaq və onun üzərindəki müxtəlif rəngli saplar, çayı içilmiş stəkanlar, qənddan, üzərlik, Novruz atributları və digər əşyalar təqdimatına görə çox təbii görünür. Oturacağın altında “gizlədilmiş” süpürgə, bir neçə cüt başmaq, ən nəhayət, yaranmış sakitlikdə mürgüləyən pişiyin təsviri ağır işdən sonra olan rahatlığı təcəssüm etdirir. Əlvanlığı ilə gözoxşayan xalçada 20 cür ipək sapdan istifadə olunub.
Qeyd edək ki, yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə başda olmaqla 6 rəssam və 14 toxucu iştirak edib. Təbii boyalarla rənglənən xalçalar ipək və yundan toxunub. Burada 170 rəng və çalarlardan istifadə olunub.
Müxtəlif rəng çalarlarının əldə olunması üçün toxucular saç kimi nazik ipək ipləri açaraq bir neçə rəngdən yeni bir ip yaradıblar. Xalçaların ərsəyə gəlməsində ecazkar Şəki Xan Sarayı, Şəkixanovların evi, şəbəkələr, təbiətdən gələn naxışlar, zəngin flora və faunamız, təkəlduz tikmələri, zərif zərgərlik məmulatları tükənməz ilham mənbəyi olub, ilmə-ilmə xalçalarda əbədiləşərək öz əksini tapıb.
Xalq rəssamı Eldar Mikayılzadə xalça ənənələrinin kanonları çərçivəsində özünəməxsus üslubda sənət əsərləri yaratmış novatordur. Azərbaycan xalçaçılıq sənətində fəlsəfi mövzuya xüsusi diqqət yetirən rəssamın bədii prinsiplərinin və yaradıcı tərzinin formalaşmasında müəllimlərinin - tanınmış xalçaçı-rəssam Lətif Kərimov və görkəmli fırça ustası Səttar Bəhlulzadənin böyük təsiri olub. Ornamental formanı mahir bilməsi, kompozisiyaların yaradılmasında qüsursuz harmoniya hissi, xalça sənəti üçün ən çətin sayılan əsl rəngkar palitrası, eləcə də təkmilləşdirdiyi toxuculuq texnikası müəllifə əsl sənət nümunələri yaratmağa imkan verir.