vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
17:37 | 19 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2918 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xətaililər ayağa qalxdı

Yaşıllığın məhv edilməsi sakinləri hiddətləndirdi

JALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 21 ünvanda yerləşən yaşıllıq zolağı məhv edilir. Bu barədə virtualaz.org saytına ərazidə yaşayan sakinlər məlumat veriblər.

Şikayətçilər deyir ki, 9 mərtəbəli binaların qarşısında yerləşən bağda 180 sakin istirahət edib: «Son günlər yaşıllıqlar məhv edilirdi. Sonradan neçə illik ağacları da kəsməyə başladılar. Bəlli oldu ki, ərazi satılıb. İndi obyekt və fərdi yaşayış evlərinin tikintisinə başlanılıb».

Sakinlərin sözlərinə görə, ağaclar gecə saatlarında kəsilir: «İşləri elə aparırlar ki, hiss olunmasın. Bu ərazidə yaşıllıq qalmayıb, hər yanda obyekt tikilib. Buna görə də nəfəs almaq mümkün deyil, uşaqların oynamağa yerləri qalmayıb. Məsələ ilə bağlı 87 sayli mənzil-istismar sahəsinə şikayət etmişik. Amma tədbir görülmür. Görünür, yaşıllıqların məhv edilərək yerində obyekt tikmək onların razılığı ilə baş tutub».

87 saylı MİS-dən isə virtualaz.org saytına rəisin icazəsi olmadan sualları cavablandıra bilməyəcəklərini dedilər.

Xətai Rayon İcra Hakimiyyətindən ağacların qırılmasından xəbərsiz olduqlarını söylədilər.

Xatırladaq ki, ölkənin birinci xanımı Mehriban Əliyeva Yasamalda ağacların qırılmasını tənqid edəndən sonra o ərazidə «yaşıl soyqırımı» dayandırılmış, Bakı Şəhər İcra Hakimiyyəti isə buna görə 40 min manat cərimələnmişdi.

Xətai sakinləri tədbir görülməyəcəyi təqdirdə etiraz aksiyası keçirəcəklərini və məsələni Mehriban Əliyevanın diqqətinə məktubla çatdıracaqlarını qeyd etdilər.