

Dörd nəfər yaralanıb, birinin vəziyyəti ağırdır
“Hara şikayət ediriksə, xeyri yoxdur”
Ələt azad iqtisadi zonasının qanuniləşməsinə az qaldı
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
«Sovetski»də növbəti proses başlanır
Sakinlər: «Hamımız evsiz-eşiksiz qalmışıq, bizi aldadanlar üzə çıxmasalar»
Bakının bu hissəsində seysmik təhlükə artdı
5 yaşayış məntəqəsində yaşayan 72 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşdı
Prezidentin köməkçisi İbrahim Mehdiyevlə bağlı sərəncama aydınlıq gətirdi
Birinci mərhələ sona çatmaq üzrədir, ikinci mərhələdə isə ...
3 ildir 15-ə yaxın ailəyə kompensasiya ödənilmir və onların köçürülməsi təmin olunmur
Əli Həsənov: «Dövlət nizamsız urbanizasiyasından miras qalmış «gecəqondu memarlığı»nı öz vətəndaşlarına rəva görmür»
Məscidin axundu ibadət evini «müdafiə edənlər»i tanımayıb
Radikalın təriqəti yox, məqsədi olur
İcra başçısı dindarların bir neçəsini özüylə zirzəmiyə apardı
Ölən və yaralananlar var
Keçmiş «Sovetski» məhəlləsində söküntülərlə bağlı Bakı ətrafında, həmçinin Xırdalan və Lökbatanda təhvil verilən mənzil fondu mənimsənilib. Adamlar «dünyanın o başına» ona görə köçür ki, bahalı təkrar bazarda mənzil ala bilmir. Onlara kiçik evlərin (15-30 kv.m) 1 kvadratmetri üçün 1,5 min manat ödəyirlər. Paytaxtda ikiotaqlı ev isə 60 min manatdır.
Bəs bakılılar şəhər ətrafındakı yeni binalara niyə könülsüz gedir?
Rieltor Novruz Zeynalovun fikrincə, əsas səbəb nəzarətin olmamasıdır - layihələndirmədən təhvilə qədər bütün məsuliyyət sifarişçiyə düşür: «Dövlət və hökumət strukturları təhvil-təslim aktı imzalamaq üçün gəlir və çoxlu nöqsanlar tapır. Əvvəldən nəzarət daha yaxşı olmazmı?»
Tikintin materialları (çınqıl, qum, keramzit) sənaye üsulu ilə yuyulmur, nəticədə binanın möhkəmliyi 10 faiz azalır. Normativə əsasən, 1 kubmetrdə 400 kq keramzit olmalıdır. Yəni o, həcmli, yüngül və möhkəm olmalıdır. Tikintidə isə ağır materiallardan istifadə edilir və bu da əlavə yük yaradır.
N.Zeynalov deyir ki, tikintin materialları bazarında sertifikatlı məhsul yox dərəcəsindədir: «Rusiya və ya Ukrayna malı keyfiyyət göstəricisi deyil. Tikintidə peşəkar iş icraçısı görmüsünüzmü, varsa da rəhbərliyin dostlarının tabeliyindədir. Qaynaqçılardan diplom xəbər alınmır. Qaynaqdan sonra tikinti dayanmalıdır. Layihəçi, iş icraçısı, mühəndis və qaynaqçı nəticəyə baxıb akt tərtib etməli, bundan sonra iş davam etməlidir. Bakıda yüzlərlə bina tikilir, orada əyalətdən on minlərlə muzdlu çalışır. Onlar paytaxta qazanca gəlib. Sıralarında özünə ev tikən adam varmı?»
Ekspert-ekoloqların qənaətinə görə, Bakı Ələtdən Sumqayıta kimi inkişaf edir. Bu, normalara ziddir.
«Bu ərazidə laylar dəniz çöküntü süxurları, qum və gildən ibarətdir. Bu isə mühəndis-geoloji problem yaradır. Bakı dərin tektonik çatlarla əhatə olunub, Səbayel və Xətaidə tez ovulan əhəng layı üzündən sürüşmələr olur» - deyə professor Telman Zeynalov «Turan»a bildirib.
Mütəxəssisin sözlərinə görə, Bakı amfiteatr olduğu üçün paytaxtın aşağı hissələrində yeraltı sular yer səthinə yaxındır. Tikintilərin daha çox olduğu yerlər də məhz şəhərin aşağı hissələridir.
«Hava yoxluğu da bir problemdir. Evlər arasında standarta uyğun məsafə qoyulmur. Uşaq və idman meydançalarında, kəsilən ağaclıqlarda çoxmərtəbəli evlər tikilir. Binalar betondan, döşəmələr linoleumdan və başqa süni materiallardandır, bu isə sağlamlığa ziyandır.
Dəmir-beton binaların mərtəbələri çoxdur - 17-22 arasında. Bakı Şəhər İcra Hakimiyyəti 12 mərtəbə limit qoyub. Ev tikənlərdən rüşvət alındığı üçün onlar belə edir» - deyə T.Zeynalov bildirir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, postsovet dövründə tikilən binalarda 600 min nəfər yaşayır. Alıcıların 80 faizi paytaxtın ucqarında 1 kv.m-i 400-700 manat olan təmirsiz evlər alır. Təmir xərcləri tədricən ödənilir, bu isə ailə büdcəsinə ciddi yük olmur.