Mərkəzi Asiyada Türk birliyi
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
19:54 | 30 may 2017 | Çərşənbə axşamı
Məqaləyə 2996 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş «Sovetski» adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak ediblər, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar.
Dövlətimizin başçısına «Bakı şəhəri, keçmiş «Sovetski» ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması» layihəsinin birinci mərhələsi üzrə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, layihənin birinci mərhələsinə ümumi uzunluğu 7 kilometrdən artıq 5 küçədə aparılan yenidənqurma işləri, ikinci mərhələsinə isə ərazidə yaşıllıqların, parkların, istirahət zonalarının salınması, sosial infrastrukturun yaradılması daxildir. Layihənin icrasına 2016-cı il avqustun 5-də start verilib.
Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı müvafiq sərəncamlara uyğun olaraq «Azəravtoyol» ASC tərəfindən aparılan işlər çərçivəsində Füzuli meydanında yerləşən dairə ləğv edilib. Avtonəqliyyat vasitələrinin hərəkəti layihə üzrə yeni istiqamətlərə yönəldilib. Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geridönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələri də layihə üzrə nəzərdə tutulmuş yeni sxem əsasında hərəkət edəcək.
Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində dairənin ləğvi ilə yeni hərəkət istiqamətləri üzrə - Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı əsaslı şəkildə yenidən tikilib.
Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq salınan yolların uzunluğu müvafiq surətdə 750 və 800 metr, eni isə 15 metr təşkil edir. Bu yolların istifadəyə verilməsi ilə ərazidə nəqliyyatın hərəkətinin normal tənzimlənməsi, tıxacların qarşısının alınması və piyadaların təhlükəsizliyi üçün hərtərəfli şərait yaradılıb.
Layihə çərçivəsində yenidən qurulan 440 metr uzunluğunda Balababa Məcidov küçəsinin eni genişləndirildikdən sonra 15 metrə çatdırılıb. Burada da tam müasir yol infrastrukturu yaradılıb.
Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində və 2165 metr uzunluğu olan Nərimanov prospektində isə hazırda son tamamlama işləri aparılır. Yaxın günlərdə bu yolların da istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsinin həyata keçirildiyi ərazi boyu son tamamlama işləri sürətlə davam edir.
Yeni yollarda müasir işıqlandırma sistemləri, avtobus dayanacaqları quraşdırılacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa ediləcək.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.