
Sovetskidə söküntü qərarı
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
«Sovetski»də növbəti proses başlanır
Sakinlərin kompensasiya davası davam edir: «Həyət və yardımçı sahələr nəzərə alınmadı»
İlham Əliyev ağac kəsən məmurlara xəbərdarlıq etdi
Hacı Cavad məscidinin sökülməsində fəallıq edən...
«Hacı Cavad» məscidinin tikinti meydançasında nələr baş verir?
Birinci mərhələ sona çatmaq üzrədir, ikinci mərhələdə isə ...
3 ildir 15-ə yaxın ailəyə kompensasiya ödənilmir və onların köçürülməsi təmin olunmur
Əli Həsənov: «Dövlət nizamsız urbanizasiyasından miras qalmış «gecəqondu memarlığı»nı öz vətəndaşlarına rəva görmür»
Məscidin axundu ibadət evini «müdafiə edənlər»i tanımayıb
Radikalın təriqəti yox, məqsədi olur
İcra başçısı dindarların bir neçəsini özüylə zirzəmiyə apardı
Dövlət ehtiyacı üçün yeni torpaq sahələri alınacaq
Abid Şərifov: «Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz»
Abid Şərifov: ««Sovetski» də sahəsi kiçik evlərlə bağlı təkliflər hazırlanacaq»
BŞİH 12 mərtəbə limitш qoyub, rüşvət verənlər 17-22-dək qalxa bilir
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin «Sovetski» adlanan ərazisində «Hacı Cavad» məscidinin sökülməsinə ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.
Ə.Həsənov açıqlamasında bildirib ki, hələ aprel ayında prezident İlham Əliyev «Sovetski» adlanan ərazidə «Hacı Cavad» məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub.
«Komissiyanın qənaətinə uyğun olaraq, prezident İlham Əliyev, yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscidin tikilməsi və yalnız bundan sonra «Hacı Cavad» məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib», - deyə Ə.Həsənov qeyd edib.
Ə.Həsənov onu da bildirib ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb: «Lakin bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmadan «Hacı Cavad» məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib».
Ə.Həsənov diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev artıq tutduğu vəzifədən azad edilib.
***
16:02
Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunub.
Virtualaz.org bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.