Sökülən otel və ona bitişik obyektlər kimindir?
Söküntü o qədər qəfil olub ki, əşyaları götürməyə imkan verilməyib, qonaqlar özlərini güclə xilas edib
ÜLVİYYƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
“Neftsizliyə” immunitet ...
Xərclərə ciddi və şəffaf nəzarət hər şeydən önəmlidir
-
Fondun mənfəəti astronomik artıb
3 ay ərzində illik proqnozun 45 faizi yerinə yetirlib
-
«Neft bahalaşdı, islahatlar dayandı» iddiasına reaksiya
Vüqar Bayramov: «Hökumət Neft Fondunun gəlirlərinin daha az xərclənməsinə çalışmalıdır»
-
Prezidentin köməkçisinə yeni vəzifə verildi
ARDNF-də dəyişiklik
-
ARDNF 2016-cı ildə 9,4 milyard manat qazanıb
Məbləğin 1 milyardı ilk dörd ayda hərracda satılıb
-
BP məyusdur...
EİTİ-ni tərk etmək Azərbaycana pul problemi yaratmayacaq
-
Mərkəzi Bankın yanlış qərarı
İki ay qabağı görə bilməyən qurum makroiqtisadi sabitlik yarada bilərmi?
-
Manat süni bahalaşdırılır?
Tendensiya dayanıqlı olmadığı üçün qiymətlər enmir
-
Dövlət Neft Fondun gəlirləri artıb
Devalvasiyası nəinki kompensasiya edib, hətta əlavə qazanc da gətirib
-
«ABŞ puluna olan tələbat azalıb»
Dolların məzənnəsi aşağı düşməkdə davam edəcək
-
2017-ci ilin iqtisadi proqnozları
Vüqar Bayramov: «Azərbaycan öz ehtiyatları ilə post-neft dövründə prioritetlərini reallaşdıra biləcək»
-
MB-nin şişirdilmiş aparatı
Səlahiyyət alınıbsa, keçmiş heyət indi nə işə baxır?
-
Başqa yolunuz yoxdur!
Vaxt bankların əleyhinə, borcluların lehinə işləyir
-
10 milyon təklif edən «elçiləri» qovubmuş...
Bakıda bir gecəyə sökülən otelin sirri açıldı
-
Banklar sürətlə «sovuracaq»
ARDNF-dən Mərkəzi Banka ayrılacaq 7,5 milyardı manat və...
Bakının Yusif Səfərov küçəsində yerləşən və hal-hazırda buldozerlər tərəfindən dağıdılaraq sökülən «Araz» mehmanxanası Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qayınatasına məxsusdur.
Bunu virtualaz.org-a məlumatı mənbələr bildiriblər.
«Araz» mehmanxanası ilə birlikdə həmin ərazidə fəaliyyət göstərən mərmər sexi daxil olmaqla, bir neçə obyekt də sökülür ki, onların da Şahmar Mövsümovun qayınatasına məxsus olduğu bildirilir.
Virtualaz.org-a o da məlum olub ki, üç hektarlıq həmin ərazidə yeni park salınacaq.
Şahidlərin hadisə yerində olan əməkdaşımıza bildirdiyinə görə, «Araz» otelinin sökülməsi o dərəcədə qəfil olub ki, otelin qonaqları belə buldozerlərin caynağından canlarını güclə qurtara biliblər. Qəfildən gələn söküntü briqadası içəridəki əşyaların çıxarılmasına belə imkan verməyib. Xətai rayon İcra Hakimiyyətinin söküntü yerində olan əməkdaşları ancaq onu bildiriblər ki, otelin sahibinə obyektin söküləcəyi haqda xəbərdarlıq edilmişdi. Lakin onlar xəbərdarlığa baxmayaraq əşyalarını daşımayıblar. Bununla belə obyektin söküntüsü üçün məhkəmə qərarının olub-olmadığı açıqlanmayıb. Söküntü yerinə DİN-in vəzifəli əməkdaşları da gəlib və onlar jurnalistlərin ərazidən uzaqlaşdırılmasına göstəriş veriblər. Otelin sahiblərindən isə ərazidə heç kim gözə dəymir.
***
17:16
Virtualaz.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, mehmanxanadakı əşyaların çıxarılmasına imkan verilməyib. İçəridə olan yataq dəstləri, kreslo və divanlar, palaz və xalçalar, qab-qacaq, eləcə də kompüter və telefonlar, bir sözlə, hər şey sökülən daş-divarın altında, toz-torpaq içərisində qalıb.
Bu dəqiqələrdə yoldan keçənlər orada əllərinə keçənləri götürüb aparmaqla məşğuldurlar. Ərazi faktiki polis nəzarəti altında olsa da, onlara mane olan yoxdur.
Ən maraqlısı da odur ki, jurnalistlərə heç bir açıqlama verilmir. Sadəcə onu bildirirlər ki, «tapşırıq belə olub».
Ərazidəki evlərin sakinləri isə bildiriblər ki, söküntü vaxtı borular zədələndiyindən susuz qalıblar. Onlara başqa su borusu çəkiləcəyi barədə vəd veriblər. Amma bunun nə vaxt olacağı məlum deyil.