Banklar sürətlə «sovuracaq»
ARDNF-dən Mərkəzi Banka ayrılacaq 7,5 milyardı manat və...
Qubad İBADOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Ərzaq ucuzlaşacaq
Dünya bazarında enerji qiymətlərindəki ucuzlaşmanın müxtəlif təsirləri ilə ...
-
3 ilin ən aşağı qiyməti
Qiymətlərin enməsinə ABŞ və Çin başçılıq edir
-
Çin – qiymətlərə ən çox təsir edən faktor
Tələbin azalması səbəbindən neft qısa müddətdə 80 dolların altında qalacaq
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
Neft erası başa çatırmı?
2024 yeni dövrün başlanğıcı ola bilər
-
“Brent” 7 dollar ucuzlaşıb
60 maksimum qiymət bazara mənfi təsir edir
-
Ağ Ev narahatdır
OPEC qiymətləri qaldırır
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
OPEC anlaşmanı pozmadı
Ötən ilin oktyabrında qəbul edilən qərar qüvvədə qaldı
-
Tavana dirənən Rusiya nefti
OPEC-in 2023-cü il kvotaları gələn həftə qiymətlərə təsir edən ikinci amil olacaq
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Ağ Evdən Aİ-nin qərarına dəstək
ABŞ tətbiqin Rusiyanın döyüş qabiliyyətinin azaldacağına inanır
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
-
Dünya neft içərisində üzür
OPEC+ öhdəliyə gedə bilmir
-
Bir həftədə 10 faiz ucuzlaşma
Tələbin azalması qara qızılın qiymətinə ciddi təsir edib
Neft gəlirlərinə münasibətdə yığım və xərcləmələrlə bağlı qərarlar uzunmüddətli dövr üçün nəzərdə tutulan fiskal qaydalarla tənzimlənməlidir. Çünki, yalnız fiskal qaydaların tətbiqi neft gəlirlərinin istifadəsini siyasi proseslərdən kənarda saxlayır və vəsaitlərin izafi xəclənməsinə yönəlmiş siyasi təzyiqlərin qarşısını almağa kömək edir. Eyni zamanda belə qaydaların mövcudluğu iqtisadi böhran dövründə xüsusilə də maliyyə sektorunun etirablılığını təmin edir. Bu sadə həqiqəti başa düşənlər, nəhayət ki, 10-15 il bundan əvvəldən tətbiq edilməsi zəruri olan qaydaların «Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında» qanununun tətbiqi barədə fərmanda bu il hazırlanmasına qərar veriblər.
Fərmana görə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni qaydalara dair təkliflər Maliyyə Sabitliyi Şurası tərəfindən hazırlanıb, 6 ay müddətində prezidentə təqdim edilməlidir. Əgər bu qaydalar qəbul edilərsə, ondan sonra dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək. Göründüyü kimi, fiskal qaydalar bu il hazırlansa da növbəti ildən tətbiq olunacaq. Bu isə o deməkdir ki, fiskal qaydalar ən yaxşı halda ARDNF-yə daxil olan gəlirlərin 80 faizə qədəri xərclənəndən sonra işləyə bilər. Məlumat üçün qeyd edim ki, ARDNF-nin 2001-ci ildən etibarən ötən ilin dekabrınadək tarixinə qədər Azəri Çıraq Günəşli yataqlar bloku üzrə 121,586 milyard ABŞ dolları, «Şahdəniz» yatağı üzrə isə 2,506 milyard ABŞ dolları həcmində, bütövlükdə isə 124 milyard 92 milyon ABŞ dolları olub.
Bu qaydaların zəruriliyi və fiskal çərçivənin müəyyənləşdirilməsinin vacibliyi barədə 2006-cı ildən indiyə qədər dəfələrlə çıxış etsək, hətta rəsmi olaraq təklirlərimizi 2012-ci ildə Maliyyə Nazirliyinə göndərsək də ötən ilin sonuna qədər ona əhəmiyyət verən olmayıb. Çox gec olsa da fiskal qaydaların hazırlanmasına 6 ay vaxt ayrılması da indiki şəraitdə təsadüfi sayıla bilməz. Çünki, cari ildə Fondun xərcləri ötən illə müqayisədə 6,3 milyard manat çox proqnozlaşdırılıb ki, onu da heç bir fiskal çərçivə və qayda ilə əsaslandırmaq mümkün deyil.
Fondun xərclərinin budəfəki artımında xüsusi rol oynayan ARDNF-dən Mərkəzi Banka 7,5 milyard manatlıq transfertdır ki, onun da çox hissəsi manatın məzənnəsinin səmərəsiz tənzimlənməsinə və əvvəldən xəstə doğulmuş «parnik»də bəslənən bir sıra bankların sağlamlaşdırılmasına yönəldiləcəyi ehtimal olunur. Bu məqsədlə xərclənəcək vəsait ilin sonuna Neft Fondunun aktivləri 30 milyard dollaradək azalda bilər.
Yekunda hökumətin 6 ay müddətinə hazırlanacaq fiskal qaydaları ilə bağlı fərmanına münasibətdə onu da əlavə etmək istərdim ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı olaraq fiskal qaydaları 6 aya deyil, 1 həftəyə hazırlayıb, təqdim etməyə hazırıq. Çünki, bu qaydalar cari ildə tətbiq edilərsə, ölkədə makroiqtisadi sabitliyə, maliyyə siyasətinin ardıcıllığına və etibarlılığına əlavə fayda verə bilər. Bu məqsədlə daha ardıcıl və sabit xərcləmələrə yol açan fiskal qaydaların işlənməsinin müxtəlif metodologiyasını da təklif edirik, maraqlananlar tanış ola bilər:
1) Balansllaşdırılmış büdcə qaydası – Cari xərclər «dövrü qaydada» qeyri-neft gəlirləri ilə tarazlaşdırılır;
2). Xərclənmə qaydası – Ümumi və cari xərclərə mütləq mənada limit qoyulur. Bu limit xərclərin artımı baxımından və ya ÜDM-də xüsusi çəkisi əsasında müəyyənləşdirilə bilər.
3). Borclanma qaydası – Dövlət borclarına ÜDM-in faizinə limit qoyulur və onun ödənişi uzunmüddətli dövrdə proporsional əsasda tənzimlənir.
4). Gəlir qaydası – Büdcəyə daxil olan gəlirlər üzrə minimum və maksimum hədd tətbiq olunur.
5). Çıxarmalar/ayırmalar qaydası – Fonda yığılan cari gəlirlərdən və aktivlərdən ayırmalara limit qoyulur. Sonuncu qayda demək olar ki, təbii resurslarla zəngin olan əksər ölkədə müxtəlif metodlarla tətbiq olunur. Onlar aşağıdakılardır:
• Daimi gəlir hipotezi;
• Mütləq dəyişkən köçürmələr (Norveç təcrübəsinə görə, idarəetmədən əldə olunan gəlirlərin 4%-ə qədəri xərclənə bilər)
• Dəyişən diapozonlarla sabit səviyyəyə əsaslanan köçürmələr (Qazaxıstan təcrübəsinə görə, orta illik transfertlər 8 milyard ABŞ dolları olmalıdır +/- 15 %)
• Vaxtaşırı yenilənən daimi köçürmələr (Bu göstərici cari il, 5
• keçmiş və 5 qarşıdakı ildəki xərcləmələri illərin sayına bölüb orta məbləği tapıb, ona nisbətdə xərclənmə faizini müəyyənləşdirməklə hesablanır).
• Qeyri-neft ÜDM-nin artım dərəcəsinə proporsional köçürmələr (Bu göstərici neft gəlirlərinin xərclənmə səviyyəsinin qeyri-neft ÜDM-in artımı arasında korrelyasiyanı təyin edir).