vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BANK, BİRJA, SIĞORTA  
19:48 | 1 may 2017 | Bazar ertəsi Məqaləyə 2663 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ARDNF 2016-cı ildə 9,4 milyard manat qazanıb

Məbləğin 1 milyardı ilk dörd ayda hərracda satılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə gəlirlər 9 410 180 min manat, xərclər 9 022 059 min manat olub. Bu barədə Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir.

Sənədə əsasən, bu, Fondun 2016-cı il büdcəsində nəzərdə tutulana nisbətdə gəlirlər üzrə 205,5 faiz, xərclər üzrə 84,6 faiz səviyyəsində yerinə yetirilməsidir.


***


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aprel ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 220,8 milyon dollar məbləğində vəsait satılıb.

Xatırladaq ki, ARDNF yanvar-mart ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 793,4 milyon dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 4 ayı ərzində ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 15,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5 faiz azdır.