vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
09:13 | 2 may 2018 | Çərşənbə Məqaləyə 2156 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gözlər FED-də

Faizlər artırılmasa da dollar bahalaşıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün axşam ABŞ Mərkəzi Bankı olan Federal Ehtiyat Sistemi (FED) dünən başlamış iclası başa çatacaqdır. Fed iclasdan sonra faiz qərarını açıqlayacaq.

FED qərarını Bakı vaxtı ilə 22:00-da ictimaiyyətə elan edəcək.

İqtisadçılar FED-in faiz artıracağını proqnozlaşdırmırlar. Hesab olunur ki, FED faizi 1,75 faizdə saxlayacaq. Bankın faizi iyun toplantısında artıracağı gözlənilir.

Buna əsas kimi, adətən mətbuat konfransı keçirilməyən zaman faiz artırılmır. Bu gün də iclasdan sonra mətbuat konfransının təşkil olunması gözlənilmir.

Buna baxmayaraq, iqtisadçılar FED-in iclasdan sonra yayacağı açıqlamada bazara verəcəyi mesajlar diqqətlə izləyirlər. Faizlərin artırılmayacağı ilə proqnozlar verilsə də, bu FED-in iclası ərəfəsində dolların mühüm valyutalar qarşısında dəyər qazanmasına mane ola bilməyib.