
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
Son 1 həftə ərzində ABŞ-da 3 bank, “Silicon Valley Bank”, “Signature Bank” və “Silvergate Capital” iflas etdiklərini açıqladı. Çox qısa olaraq, bunun səbəbi və törədə biləcəyi nəticələrə toxunmağa çalışacam.
İflas edən ən böyük bank “Silicon Valley Bank” ABŞ-ın 16-cı ən böyük bankı idi. Qurum 31.12.2022-ci il tarixdə 15 milyard ABŞ dolları məbləğində reallaşdırılmamış zərərini açıqlamışdı. Həmin zərərin əsas səbəbi isə Federal Ehtiyatlar Sisteminin (FED) ABŞ-da inflyasiyanı zəiflətmək üçün 2022-ci il ərzində davamlı və aqressiv faiz artımları nəticəsində, xüsusilə texnoloji şirkətlərin pandemiya dövründə çox dəyər qazanmış (hətta köpük formalaşmışdı) səhmləri və qiymətli kağızlarının ucuzlaşması oldu. “Silicon Valley Bank” qiymətli kağızlar və səhmlərə böyük investisiyalar yatırmışdı. Reallaşdırılmayan 15 milyard zərər depozitorların bankdan depozitlərini çəkməyə sövq etdi. Depozit qaçışı (deposit run) başladı. Fevral ayında bank səhmdarları bankın xilas planını (planın əsas mahiyyəti səhmdar kapitalının artırılması idi) hazırlasalar da, son anda plandan imtina etmişlər. Depozit qaçışı nəticəsində bankın likvidliyi kəskin pozulmuş, bəzi reallaşdırılmayan zərərləri də reallaşdırmağa məcbur olub, sonda isə depozitləri ödəyə bilmədiyini elan edərək iflas qərarını açıqlayıblar. Bankın “Silicon Valley Bank” Böyük Britaniya qolu HSBC vergi öhdəliklərindən azad olmaq şərtilə depozitləri ödəmək öhdəliyini götürərək bankın səhmlərini 1 funt sterlinqə (simvolik qiymət) alıb. Vurğulayıram ki, bu sadəcə “Silicon Valley Bankı”nın Böyük Britaniya qoluna aiddir. Bankın depozit portfeli 211.8 milyard dollardır ki, bunun da 90 faizi sığortalanmayıb. Xatırladım ki, ABŞ-da 250 min dollara qədər depozitlər sığortalanır. Bu bankın isə kifayət qədər böyük və nüfuzlu depozitorları var idi.
Digər iflas edən bank “Signature Bank”dır. Onun aktivləri 110.4 milyard, depozit portfeli 88.6 milyard, kredit portfeli isə 62.2 milyard dollar idi.
İflas edən 3-cü bank isə depozit portfeli isə cəmi 3.8 milyard dollar olan “Silvergate Capital”dır. ABŞ-ın aparıcı kripto birjası olan “Coinbase”in 240 milyon dollarlıq hesabı bu bankda olması ən diqqətçəkən faktdır. “Coinbase” bu vəsaiti kompensasiya edə bilməsə və ya bu itki onun likvidliyinə ciddi təsir edərsə, kriptovalyuta bazarında da ciddi fəsadlar yarana bilər.
Bu məsələ maliyyə-bank sistemində yeni tənzimləmələrin meydana çıxmasına səbəb ola bilər. Məsələn, 1933-cü ildə qəbul edilmiş “Glass–Steagall” Qanuna görə investisiya bankları depozit cəlb edə bilməzdilər. 1999-cu ildə bu qanun “Gramm–Leach–Bliley” vasitəsilə ləğv edilmişdi. İnvestisiya banklarının depozit cəlbini qadağan edən yeni düzəliş lehinə və əleyhinə olan ciddi maliyyə təşkilatları mövcuddur.
Bu iflaslarda diqqət çəkən məqamlar çoxdur. FED-in inflyasiyanı boğmaq məqsədilə faiz artımları nə inflyasiyanı kifayət qədər aşağı sala bildi, nə də əmək bazarı və iqtisadiyyatdakı qızmanı soyuda bildi. Amma iqtisadiyyatda davam edən qızma təhlükəlidir və partlayışla nəticələnə bilərdi. Soyutma vacib idi. Çünki, faiz artımları dünyanın inkişaf etməkdə olan ölkələrində dollar qıtlığı (bu əslində pulunun ehtiyat valyuta olması səbəbindən o qədər də sərf etmir) ilə nəticələnsə də ABŞ-ın özündə köpüklərin azalmasına baxmayaraq iqtisadiyyat qızmaqda davam edirdi.
İflas faktlarının birdən-birə meydana çıxması suallar yaratdı. Nə üçün yaranmış vəziyyət barədə ABŞ bank tənzimləyiciləri ictimaiyyəti öncədən məlumatlandırmayıb? Batan banklardakı depozitlərin 90 faizə qədəri iri və sığortalanmamış depozitlər olması, ABŞ-ın məsələyə sakit yanaşması, iflaslara göz yumması əslində məsələnin ABŞ-ın nəzarətindən və istəyindən kənar baş vermədiyini göstərir. Dünyada baş verən hər bir hadisənin, xüsusilə böhranların öz kontrolu altında olmasına üstünlük verən ABŞ nəzarətsiz resesiya və böhrandansa öz nəzarəti və ssenarisinə uyğun resesiya və böhranın olmasına üstünlük verər. Verdi də. Bundan sonra köpüklərin azalması, partlaması, iqtisadiyyatda tənzimləmələrin davam edəcəyi görünməkdədir.
P.S. 2018-2020-ci illərdə “ölkəmiz də yerli valyuta ilə xarici ikitərəfli ticarət ideyalarına qoşularaq bu trendə daxil olacaqmı” sualına ölkəmizin dollara qarşı demarş etmə lüksü və istəyi yoxdur və bunun sonrakı fəsadları da ağır olar cavabını vermişdim. Ölkəmiz bu məsələdə çox təmkinli və praqmatik davrandı. Çünki, ABŞ petrodollar sisteminə ən incə və zəif hesab olunan addımı belə unutmaz. Unutmadı da. Dollara qarşı demarş edən ölkələr üçün bu gün ən böyük problem dollar tapmaqdır.