
“FED ehtiyatla irəliləməlidir”
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
Qiymətli metal 45 illik zirvəni fəth edib
Mərkəzi Bank ehtiyatlarını aktivlərinin 30%-inə yüksəldəcək
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
Tramp Kukun vəzifədən azad edilməsinin dayandırılması qərarına etiraz edəcək
Tramp FED-dən tələb etdi
Tramp Brüsselin Vaşinqtonla birgə hərəkət etməsini istəyir
Bu gün və sabah açıqlanacaq məlumatlar gələcəyi müəyyən edəcək
Hökm Trampa zərbə oldu
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
Qlobal bazarların gözləri FED və siyasi inkişaflarda
ABŞ, Avropa və Asiya birjalarında nələr baş verdi?
Qiymətli metalı rekord səviyyə çatdıran səbəblər nələrdir?
Sabah və birisi gün açıqlanacaq ABŞ məlumatları qiymətli metala təkan verə bilər
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdi. Uçot dərəcəsi 4.4 faiz müəyyənləşdirilən Birləşmiş Ştatlarda 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq olunur. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də son qərardan sonra birjalara ciddi dalğalanma müşahidə olunmur. İllik artımlardan sonra praktik olaraq qlobal valyuta bazarı bu addımlara hazır idi.
Azərbaycanda da dollar bahalaşa bilərmi?
Azərbaycan Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirmişdi. 2022-ci il artıq başa çatmaqdadır. Mərkəzi Bankın 2023-cü il üçün pul-kredit siyasətinin ümumi istiqamətlərində baş bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorlarında nəzərə alınacağı gizlədilmir.
Göründüyü kimi, gələn il xarici faktorlar məzənnə siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq. Amma, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyuluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.
Bütün bunlar ilə yanaşı, xatırlatmaq lazımdır ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.