
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
ABŞ bank sistemində reallaşdırılmamış zərərlər artmaqdadır. Bu zərərlərin əsas hissəsi səhm və kriptovalyuta bazarındakı enişlərlə bağlıdır. FED isə mesaj verir ki, bank sektorundakı vəziyyətə görə faiz artımlarını dayandırmayacaq və növbəti iclasda da faiz artımı olacaq. Əsas müzakirə mövzusu faiz artımının 25 yoxsa 50 faiz bəndi (0.25 faiz yoxsa 0.5 faiz) olacağıdır.
ABŞ bank sektorundakı mövcud vəziyyətlə bağlı bəzi göstəricilər:
Aktivləri 5 milyard dollardan çox olan 160 bankın reallaşdırılmamış zərərləri cəmi 206 milyard dollardır. 8 bankın zərərlərinin kapitala nisbəti 30 faizdən çoxdur.
Zərərləri kapitala nisbətdə ən yüksək olan banklar:
№ |
Bankın adı |
Nisbət (faizlə) |
Zərər (dollarla) |
1. |
“Comerica” |
42 |
3.74 milyard |
2. |
“Zions Bancorp” |
39 |
3.1 milyard |
3. |
“Keycorp” |
32 |
6.3 milyard |
4. |
“German American” |
32 |
263 milyon |
5. |
“Republic First” |
32 |
108 milyon |
6. |
“Community Bank” |
31 |
686 milyon |
Nominal olaraq ən yüksək reallaşdırılmamış zərərlərə malik banklar:
№ |
Bankın adı |
Nisbət (faizlə) |
Zərər (dollarla) |
1. |
“Citigroup” |
18.9 |
47 milyard |
2. |
“Bank of America” |
7.2 |
21.2 milyard |
3. |
“JP Morgan Chase” |
5.6 |
17.3 milyard |
4. |
“Truist Financial” |
18.3 |
13.6 milyard |
5. |
“Wells Fargo” |
6.9 |
13.4 milyard |
6. |
“US Bancorp” |
18.2 |
11.4 milyard |
Bir daha vurğulamaq istəyirəm ki, birinci siyahı reallaşdırılmamış zərərlərin kapitala nisbətdə çoxluğuna görə bankların siyahısıdır. İkinci siyahı isə nominal olaraq ən çox reallaşdırılmamış zərərləri olan bankların siyahısıdır.
Birinci siyahıda nominal zərərlər az olsa da, nisbətin böyüklüyü mövcud səhmdarlar tərəfindən əlavə kapital inyeksiyasını labüd edir. Əlavə səhm buraxılışı bu halda risklidir. Həm tələb azdır, həm də mövcud səhmlərin də dəyərdən düşməsini sürətləndirə bilər.
İkinci siyahıdakı banklar ABŞ-ın aparıcı banklarından bir neçəsidir. Bəziləri isə sistem riski yaradan banklardır. Bu bankların kapitalı yüksək olduğu üçün yüksək məbləğdə reallaşdırılmamış zərərləri olsa da, kapitala nisbətən daha aşağıdır. Amma bu qədər reallaşdırılmamış zərər (tanınmış və böyük ailələrə məxsus banklar istisna olmaqla, məsələn, “JP Morgan Chase”) həmin bankların səhmlərinin dəyər itirməsi və nəticədə kapitallarının azalması ilə nəticələnə bilər. Bu halda zərərin kapitala nisbəti artacaq. Bir neçə bankın hesabatlarının təhlili göstərir ki, həmin bankların iflası ehtimalı yüksək deyil. Amma bəzi banklarda vəziyyət heç də ürəkaçan deyil.
Ən böyük sürpriz bankların kriptovalyuta bazarına aludə olmalarıdır. Öncəki məqaləmdə “Silicon Valley Bank”ın (SVB) texnoloji şirkətlərin qiymətli kağızlarına, səhmlərinə böyük investisiyalar yatırdığını, faiz artımları nəticəsində səhmlərin qiymətlərinin düşməsinin zərərlərə səbəb olduğunu, reallaşdırılmamış 15 milyard zərərlə üzləşən SVB-nin özünün səhmlərinin birjada ucuzlaşmasını və son nəticədə depozitorların depozitlərini sürətlə bankdan çıxarmalarının (deposit run) bankın özünü müflis elan etməsi ilə nəticələndiyini qeyd etmişdim. İflas edən digər “Signature Bank” isə daha çox kriptovalyuta bazarında böyük investisiyalara sahib idi. Kriptovalyutaların dəyərinin düşməsi nəticəsində bu bank da özünün səhmlərinin qiymətinin düşməsi və depozit qaçışı qarşısında tab gətirməyərək özünü müflis elan etməyə məcbur olub. “Silicon Valley Bank”ın səhmdarları ABŞ hökumətinə müraciət etmişlər ki, bizə kömək edin, bankı xilas edək. Hələlik hökumət tərəfdən cavab yoxdur.
Bank sektorunun qısa təhlili, mövcud vəziyyət onu göstərir ki, hökumət bir neçə bankın iflasına göz yummaqla digər banklara da xəbərdarlıq etdi. Bundan sonra da bir neçə bankın iflası xəbəri çıxa bilər. Amma sistem riski hələlik mövcud deyildir. Sistem riski yaradan bankların iflas ehtimalları isə azdır. Yuxarıdakı 2-ci siyahıdakı sistem riski yarada bilən bankların həmin zərərləri bağlamaq, kompensasiya etmək, kapital artımı həyata keçirmək imkanları vardır. Nisbətən təhlükəli vəziyyətdə olan bank “Bank of America”dır. Riskli vəziyyət yaranarsa bu bankı hökumət böyük ehtimalla qoruması altına alacaq.
Ümumilikdə isə 206 milyard dollarlıq reallaşdırılmamış zərər ABŞ üçün hazırda təhlükəli və böyük rəqəm deyil. Amma reallaşdırılmamış zərərin təhlükəli tərəfi budur ki, bu zərərlər arta bilər. Yəni, zərərli mövqelər bağlanmayıbsa həmin zərərlərin artması daha təhlükəli vəziyyət yarada bilər. ABŞ hökuməti də zərərlərin reallaşdırılması və kapital artımının vacibliyi mesajlarını verir. Köpükləri tam və aktivliyi qismən azaltmaq istəyir. Banklar isə reallaşdırılmamış zərərləri bağlamaq istəmirlər. Çünki, ümid edirlər ki, bu zərərlər azala və ya ümumiyyətlə FED-in faiz artımları bitdikdən sonra gələcəkdə səhm bazarında səhmlərin dəyər qazanması ilə gəlirlərə də çevrilə bilər. Kifayət qədər qeyri-müəyyən vəziyyət yaradılıb.
Arayış: Haqqında danışılan reallaşdırılmamış zərər hər hansı alınmış aktivin qiymətinin aşağı düşməsi nəticəsində kağız üzərində (müasir dövrdə ticarət platformasında) yaranmış zərərdir. Bu aktiv satıldıqda zərər reallaşır, satılmadıqda isə mövcud zərər reallaşdırılmamış zərər adlanır. Məsələn, Tesla şirkətinin səhmini 150 dollara alırsınız. Səhmin qiyməti 120 dollara enir. Sizin həmin səhm üzrə reallaşdırılmamış zərəriniz 30 dollardır. Əgər siz həmin səhmi 120 dollara satıb mövqeyinizi bağlasanız, 120 dolları alsanız zərərinizi reallaşdırmış olursunuz. Siz səhmi satmamaqla həm səhmin 150 dollara və daha yüksək qiymətə qalxmasına ümid edirsiniz (ola bilər), həm də səhmin qiymətinin daha çox düşməsi (100 dollara və daha aşağı qiymətə də düşə bilər) ilə daha böyük zərər riski daşıyırsınız. ABŞ bank sektorunda qeyd olunan banklarla bağlı vəziyyət budur.