vaxtlı-vaxtında oxuyun! Bazar, 10 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
10:44 | 23 noyabr 2022 | Çərşənbə Məqaləyə 1194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarışıq dalğalanma ...

FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir

Tusi HEYDƏROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Qlobal bazarlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətində şahin duruşunu yumşalda biləcəyi gözləntiləri ilə müsbət bir seyir izləyərkən, bu gün gözlər makroiqtisadi məlumatlar gündəminə və FED-in son toplantısının protokollarına çevrildi.

Dünyada davam edən resessiya və inflyasiya dilemması aktivlərin qiymətlərinə təsir etməkdə davam edir.

Dünən ABŞ-da açıqlanan makroiqtisadi göstəricilərə görə, “Richmond FED” İstehsalatda Aktivlik İndeksi -9 ilə gözləntilərin altında reallaşarkən, iqtisadi aktivliyə dair sual işarələri FED-in pul-kredit siyasətində şahin duruşunu yumşalda biləcəyi ehtimallarını artırıb.

San Fransisko FED sədri Meri Deyli dünənki çıxışında monetar siyasətə dair atılan addımlarının təsirlərinin gecikmiş kimi göründüyünü qeyd edərkən, Klivlend FED sədri Loretta Mester isə faiz artımlarında yavaşlamaya açıq olduğunu bildirib.

Digər tərəfdən, dünən ABŞ-da balans hesabatlarını açıqlayan “Best Buy” və “Abercrombie” kimi pərakəndə satış şirkətlərinin gözləniləndən yüksək gəlirliliyi səhm bazarlarında risk iştahasını dəstəkləmiş oldu. Nəticədə Nyu-York birjasında səhm və indekslərdə artım meylləri diqqət çəkdi.

Sözügedən proseslər fonunda istiqraz bazarlarında qarışıq kurs müşahidə edilərkən, ABŞ-ın gələcək dövr üçün resessiya siqnalı kimi qiymətləndirilən 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi ilə 3 ədəd xəzinə vekselinin gəlirliliyi arasındakı fərq -47 bəndə çatıb.

Valyuta bazarlarına gəldikdə isə, FED-in dekabr toplantısında uçot dərəcələrini 75 faiz ehtimalla 0.50 faiz, 25 faiz ehtimalla isə 0.75 faiz artıracağı proqnozlaşdırılır. FED-in fevral iclasında isə uçot dərəcələrini 0.50 faiz artıracağı ilə bağlı ehtimallar 50 faizin üzərindədir.

Çində yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının artması qlobal resessiya ilə bağlı narahatlıqları artırmaqla yanaşı, əmtəə qiymətlərinin də ucuzlaşmasına səbəb olur. Yeni ticarət günündə “Brent” markalı neftin bir barelinin qiyməti 0.4 faiz azalaraq 87.6 dollara, misin 1 libr (500 qr) üzrə qiyməti 0.4 faiz azalaraq 3.6 dollara düşüb.

Bu gün dünyada açıqlanacaq istehsal və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMI) məlumatları və FED-in dərc olunacaq son toplantısının protokolu investorların diqqət mərkəzində olacaq. Protokolda monetar siyasətdə izləniləcək yol xəritəsi ilə bağlı siqnalların gözlənildiyini qeyd etmək olar.

Dünən Nyu-York fond birjasında alış ağırlıqlı tendensiya müşahidə olundu. “S&P 500” və “Nasdaq” indeksləri 1.36 faiz, “Dow Jones” indeksi isə 1.18 faiz dəyər qazandı. ABŞ-da indeks fyuçers müqavilələri yeni günə qarışıq dalğalanma ilə başlayıb.

İnflyasiya ilə mübarizə Avropada əsas gündəm maddəsi olmaqda davam edərkən, bazar iştirakçıları Avropa Mərkəzi Bankı (AMB) rəsmilərinin çıxışları zamanı monetar siyasətin gedişi ilə  bağlı verilən mesajlara kökləniblər.

Dünən açıqlama verən “ECB” üzvü Gediminas Simkus, növbəti iclasda bankın faiz dərəcələrini ən az 0.50 faiz artırması lazım olduğunu ifadə edərək, daha böyük faiz artımlarının masada olduğunu bildirib.

Çərşənbə axşamı Almaniyada “DAX 40” indeksi 0.29 faiz, İngiltərədə “FTSE 100” indeksi 1.03 faiz, Fransada “CAC 40” indeksi 0.35 faiz, İtaliyada “FTSE MIB” indeksi 0.96 faiz dəyər qazanıb. Avropada indeks fyuçers müqavilələri yeni günə yüksəlişlə başlayıb.

Yeni günün açılışında ABŞ-dakı müsbət tendensiya Asiya fond bazarlarına daşınsa da, Çində artan Kovid-19 hadisələri və davam edən “sıfır COVİD-19” siyasəti yüksəliş trendini zəiflədir.

Çin hökuməti pandemiya ilə mübarizə tədbirlərini artırmağa davam etdikcə, iqtisadiyyatla bağlı narahatlıqlar güclənməkdə davam edir.

Digər tərəfdən, Yeni Zelandiya Federal Ehtiyatlar Bankı uçot dərəcələrini tarixi ərzində ilk dəfə 0.75 faiz artıraraq, son 14 ilin ən yüksək səviyyəsi olan 4.25 faizə yüksəldib.

Yuxarıda qeyd olunan hadisələrlə birlikdə Çində “Şanxay Kompozit” indeksi 0.3 faiz, Honq Konqda “Hang Seng” indeksi 0.9 faiz, Cənubi Koreyada “Kospi” indeksi isə 0.4 faiz bahalaşıb. Yaponiyada bazarlarda bayramla əlaqədar ticarət aparılmır.