
Onlayn kreditin fəsadları
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – bu necə ola bilər ?
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – bu necə ola bilər ?
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Bu ödənişlərdə yubanmaları olanların kredit tarixçəsi pisləşməyəcək ...
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
ABŞ-da birinci rübdə ilkin hesabatlar müsbət perspektiv göstərib
Diplomatik balans və strateji perspektivlər
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
Xaricdə olduğum üçün bu gün möhtərəm Prezidentimizin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” möhtəşəm Fərmanı ilə əlaqədar mənə ünvanlanmış çoxsaylı suallara ayrı-ayrılıqda cavab vermək imkanım yoxdur. Üzrlü sayın! Fərmanı yalnız iki dəfə oxuya bilmişəm, belə mühüm sənədlərin hüquqi təhlili üçün bu azdır. Hərtərəfli tanış olmaq lazımdır. Buna görə də indi yazacağım fikirlər yalnız ilkin rəyimdir.
1. İlk növbədə xalqımızı, əsasən də borclu vətəndaşlarımızı təbrik edirəm!
2. Cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Böyük və humanist addım atdı və bir daha təsdiqlədi ki, dövlət vətəndaşımızın arxasındadır. Ediləcək güzəştlər gözləniləndən xeyli artıq olacaq.
3. Güzəştlər bir şəxsin banklar və bank olmayan kredit təşkilatları qarşısında 2015-ci il fevralın 21-nə və (və ya) dekabrın 21-nə olan 10000 dollaradək olan əsas borcunu əhatə edir (bir neçə kredit də ola bilər, amma cəmi məbləğ 10000 dollardan çox olmamalıdır). Dövlət 3 ay ərzində 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə hər 1 dolların 0,15 dollarını (0,25 manat), 2015-ci il dekabrın 21-nə mövcud olan əsas kredit borcuna münasibətdə isə hər 1 dolların 0,35 dollarını (0,6 manat) banka ödəyəcək. Vətəndaş borcunu artıq özü ödəyibsə, müvafiq fərq vətəndaşa qaytarılacaq.
4. Misal 1: tutaq ki, vətəndaşın 2015-ci ilin fevralın 21-nə 10000 dollar borcu var. Devalvasiyayadək olan məzənnə ilə bu 7800 manatdır. İndi isə 17000 manat. Dövlət 8500 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 8500 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,4 faizini dövlət, 7,6 faizini isə vətəndaş ödəyəcək. Deməli, 10000 dolların yarısını dövlət qaytaracaq.
5. Misal 2: tutaq ki, vətəndaşın 2015-ci ilin dekabrın 21-nə 10000 dollar borcu var (krediti 21 fevraldan sonra götürüb). Devalvasiyayadək olan məzənnə ilə bu 10500 manatdır. İndi isə 17000 manat. Dövlət 6000 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 1100 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,3 faizini dövlət, 7,7 faizini isə vətəndaş ödəyəcək. Deməli, dövlət 10000 dolların 3530 dollar hissəsini qaytaracaq.
6. Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank Prezidentlə razılaşdırmaqla 15 gün müddətində həm yuxarıda qeyd edilənlərin mexanizmini, həm də hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etməlidir. Yəni faiz və dəbbə pulu üzrə də güzəşt olacaq.
7. Kredit təşkilatlarına tövsiyə edilir ki, sözügedən şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silsinlər və məhkəmədə olan işləri geri çağırsınlar, habelə borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Ümid edirəm ki, kredit təşkilatları belə də edəcək.
8. Kredit təşkilatlarının edəcəyi restrukturizasiya ilə əlaqədar Mərkəzi Banka tövsiyə edilir ki, onlara cəmi 682 milyon manat məbləğində güzəştli kreditlər versin, habelə bu tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına kredit təşkilatlarına cəmi 215 milyon dollar dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
Millətimiz, dövlətimiz üçün xeyirli olsun!