vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
12:01 | 20 iyul 2013 | Şənbə Məqaləyə 1869 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı fəala hökm oxunub

Mehdi Kuxiyan körpüdən “Urmiya gölü quruyur” plakatı asdığına həbs edilib

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda tanınmış azərbaycanlı fəala hökm oxunub. APA agentliyinin məlumatına görə, Marağa İnqilab Məhkəməsinin birinci şöbəsi Mehdi Kuxiyanı hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandıraraq bir il azadlıqdan məhrum edib. Hazırda Marağa həbsxanasında saxlanılan azərbaycanlı fəalın üzərində birillik həbs cəzası da var.

Azərbaycanlı fəal İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) təhlükəsizlik qüvvələri tərəfindən mayın 25-də Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlikkəndi) şəhərində öz evində tutulub. Mənzildə axtarış aparılıb, M. Kuxiyana məxsus noutbuk, mobil telefon, kitablar və bir sıra şəxsi əşyalar müsadirə edilib, azərbaycanlı fəalın özü isə döyülüb. M. Kuxiyanın “facebook”da açıq şəkildə fəaliyyət göstərdiyinə, şəhərin mərkəzi xiyabanındakı körpüdən “Urmiya gölü quruyur” plakatı asdığına və həmin şəkli öz səhifəsində yaydığına görə həbs edildiyi bildirilir.
Bundan əvvəl də M.Kuxiyan Abbas Vəlizadə ilə birlikdə 2012-ci il dekabrın 30-da Məlikkəndi şəhərində SEPAH-ın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Azərbaycanlı fəal aprelin 15-də Marağa İnqilab Məhkəməsinin qərarı ilə ailəsinin qoyduğu 40 milyon tümən zəmanətlə sərbəst buraxılıb.
Marağa İnqilab Məhkəməsi M. Kuxiyana 1 il həbs cəzası verib. Azərbaycanlı fəal hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, İslam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb.
Azərbaycanlı fəal kəskin mədə ağrısından əziyyət çəksə də, həbsxana səlahiyyətliləri onun müraciətlərini cavabsız buraxıb və zindandan kənarda müalicə almasına icazə verilməyib. M. Kuxiyan mədəsindəki kəskin ağrılar səbəbindən yemək yeyə bilmir.