vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNEY  
18:24 | 21 iyul 2022 | Cümə axşamı Məqaləyə 2741 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fəalların bəzisi sərbəst buraxılıb

SEPAH etirazlar zamanı saxlanılanların bir çoxuna işgəncə verib

Əlirza QULUNCU

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya gölündə yaşanan ekoloji fəlakətlə bağlı iyul ayının 16-da təşkil olunan etiraz aksiyaları ilə əlaqədar Urmiya, Təbriz, Sulduz və Qoşaçay kimi şəhərlərdə saxlanılan vətəndaşlardan bəziləri sərbəst buraxılıb.

Urmiya gölü etirazları ilə bağlı hazırda müxtəlif şəhərlərdə nəzarətdə saxlanılan fəalların sayı məlum deyil. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına əsasən, Urmiyada saxlanılan Hüşəng Nağızadə, Mikayıl Qulipur, Səid Gülməhəmmədi və Əlirza Qasımzadə hazırda Urmiyanın mərkəzi həbsxanasında saxlanılırlar.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, saxlanılan vətəndaşlar və milli fəallar təhlükəsizlik qüvvələri tərəfindən döyülüblər. HRA agentliyi, o cümlədən, Rza Etibarı Radın Urmiyada İslam İnqilabı Qvardiyası (SEPAH) qüvvələrinin zorakılığına məruz qaldığını bildirib.

İyul ayının 16-da Urmiya şəhərində etiraz aksiyası baş tutub, ancaq Təbriz və digər şəhərlərdə vətəndaşlar polis və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə dağıdılıblar.

HRA agentliyinin bildirdiyinə görə, nəzarət altına alınanların hamısı aksiyaların baş verdiyi bölgələrdə tutulmayıb. Misal üçün, Huşəng Nağızadə Urmiyada iş yerindən çıxdığı zaman saxlanılıb.