vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 6 dekabr 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
14:34 | 22 iyul 2022 | Cümə Məqaləyə 2483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Göl üçün ayrılan büdcə yox edilib

Rejimdə Urmiya gölünü qorumağa dair siyasi iradə yoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

Siyasi fəal Məcid Araz Urmiya gölü ətrafında yaşanan ekoloji faciə və bu vəziyyətə etiraz olaraq İran Azərbaycanında təşkil olunan kampaniyalar və aksiyalar haqqında danışıb.

Məcid Araz deyir ki, “Fars-molla rejimində Urmiya gölünün qurtarılmasına deyil, qurudulmasına dair bir siyasi iradə var”.

O, keçən təqribən 15 ildə diqqətləri Urmiya gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltmək məqsədilə ilə təşkil olunan kampaniyalar və etiraz aksiyalarının təsirinin daha çox simvolik olduğunu deyir.

“İlk dəfə 2011 ilində Güney Azərbaycanda Urmiya gölü ilə bağlı böyük küçə etirazları oldu. Urmiyada 3 həftə ard-arda etirazlar oldu. Təbrizdə və bəzi başqa şəhərlərdə də var idi, amma daha çox Urmiyada oldu. Əlbəttə 2011 etirazlarının öncəsi də var idi. Ondan 2-3 il öncəsindən baharın 13-cü günündə və bəzi özəl günlərdə fəallar gölün ətrafında toplaşırdılar. İnsan zənciri yaradılırdı. Simvolik olaraq aparıb gölə şüşə ilə su tökürdülər. Bu tip mədəni etirazlar və tədbirlər var idi,” siyasi fəal söyləyir.

Həmin etirazlardan sonra Urmiya gölünün canlandırılması tələbi də türk dilində təhsil tələbi ilə birlikdə İran Azərbaycanında müxtəlif kəsimlər tərəfindən səsləndirilməyə başladı.

Arazın dediklərinə görə, “o etirazların təsiri oldu, amma bu təsir simvolik oldu. Nəticədə bir şey dəyişmədi. Etirazlardan sonra Urmiya Gölünü Canlandırma Mərkəzi quruldu. Dedilər ki, bir sıra layihələr olacaq. Belə görünürdü ki, həqiqətən bəzi layihələrə start verildi. Amma ondan bir neçə il sonra yağıntıların azacıq artması ilə gölün səviyyəsi bir qədər yüksəldi ki, o zaman prezident Ruhani gəldi dedi biz gölü qurtardıq. Halbuki, mütəxəssislərin dediyinə görə ki, o zaman da dedilər indi də deyirlər, əməldə göl üçün bir iş görülməmişdi. Sadəcə yağıntıların çoxalması ilə nisbətən yaxşılaşma var idi. Amma, son bir iki ildə Urmiya gölü yenə şiddətli bir vəziyyətdə qurumaqdadır. Gölün cənub tərəfi quruyub”.

Siyasi fəal İran dövlətinin Urmiya gölü adına yürütdüyü fəaliyyətlərin Urmiya gölünə heç bir yarar gətirmədiyini vurğulayır: “Keçən 2011-dəki küçə etirazlarından bu günə qədər ki, 2022-də yenidən küçə etirazları oldu oldu, aradan 11 il keçir. Ondan öncəki kampaniyaları da qatsaq buna, 15 ildir ki, Azərbaycan bu məsələyə ciddi etiraz edir. Ancaq, nəticə etibarı ilə bu gün 15 il keçdikdən sonra İran dövlətinin təşəbbüsləri və layihələrinin nəticəsində gölə tək bir damla belə su girməyib.”

Məcid Araz hesab edir ki, İranda Urmiya gölünü qorumağa dair bir siyasi iradə yoxdur.

“Mən ki, özüm də 2011-də tutulub və Urmiya gölü ilə bağlı bədəl ödəmiş insanlardan biriyəm, qənaətim budur ki, Fars-molla rejimində Urmiya gölünün qurtarılmasına deyil, qurudulmasına dair bir siyasi iradə var. Həsən Ruhani gəldi üç dənə bəlli və spesifik söz verdi; Urmiya gölünün qurtarılması, türk dilinin tədrisi və türk dil qurumunun qurulması. Sonra da gəldilər bir sürü layihələr falan açıqladılar. Urmiya millət vəkili deyir ki, 6 min milyard tümən büdcə ayrılıb amma büdcənin haraya getdiyi bəlli deyil. Büdcə talan edilib, yox edilib.”

Araz mərkəz bölgələrdə həyata keçirilən oxşar layihələrə diqqət çəkərək əlavə edir, “niyə misal üçün ölkənin mərkəzinə aparılacaq su kanallarının hansı ki, Urmiya gölü layihələrindən daha böyük və daha büdcəli layihələrdir, ən azından üç-dörd dənəsi bitib və su pompalanmağa başlayıb? Niyə onlarda, gecikmə olsa da, az oldu və sonunda nəticələndilər? Amma, Urmiya gölündə o qədər layihədən, mütəxəssislərin dediyinə görə, heç birisi nəticələnmədi. Zab kanalı layihəsi və əkinçiliyin mexanikləşdirilməsi və modernləşdirilməsi və çayların təmizlənməsi kimi layihələr niyə nəticələnmədi?”