vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DİASPOR  
19:35 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2634 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

USAN hərəkətə gəldi

ABŞ-da Ermənistanın Azərbaycana qarşı təxribatları ilə bağlı kampaniya başlayıb

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Azərbaycanlıları Şəbəkəsi Ermənistanın təcavüzkar siyasətinə qarşı kampaniyaya başlayıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həyata keçirdiyi kampaniyanın məqsədi ABŞ ictimaiyyətini baş verən hadisələr və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə daha obyektiv məlumatlandırmaqdır.

Təşkilatın kampaniyasında elan olunur ki, Ermənistan rəhbərliyi 1994-cü ildən atəşkəs haqqında müqavilə imzalamasına baxmayaraq, müharibə siyasətini davam etdirir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin atəşkəs rejiminə riayət etməyin zəruriliyi barədə çağırışını xatırladan şəbəkə Ermənistanın bu cür çağırışlara heç bir əhəmiyyət vermədiyini vurğulayıb: «Ermənistan 1994-cü ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal altında saxlamaqda davam edir.  BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların qaytarılmasını tələb edən dörd qətnamə (822, 853, 874, 884) qəbul edib. Ermənistan tərəfi isə bu qətnamələri yerinə yetirməkdən imtina edir».

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Ermənistanın təcavüzkarlıq və separatizm xarakteri daşıyan siyasətinə görə beynəlxalq ictimaiyyət tərəfindən ittiham olunmasının zəruriliyini bildirərək Ermənistan hökumətinin anneksiya siyasətini dayandırması üçün təcili tədbirlər görülməli olduğunu vurğulayıb. USAN ABŞ hökumətini Ermənistan hökumətinə təzyiq göstərməyə, onun hərbi işğalını pisləməyə və Ermənistana hərbi maliyyə yardımını kəsməyə çağırılıb.