««Yaşıl adamcıqlar» Şərqi Avropaya yeridilə bilər»
«Hansısa tanınma nişanı olmayan yaxşı silahlanmış hərbçilərə qarşı hazırlıqlı olmaq lazımdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı, general Filip Bridlav Şimali Atlantika bloku ölkələrini Putinin «yaşıl adamcıqlar»ına qarşı hazır olmağa çağırıb. Virtualaz.org saytı xəbər verir ki, general Almaniyanın «Die Welt am Sonntag» qəzetinə müsahibəsində NATO-nun hazırda ən başlıca probleminin Rusiyanın tətbiq etdiyi «hibrid hərbi əməliyyatlar metodu»na qarşı mübarizə olduğunu deyib.
«Biz hər gün Rusiya ilə Ukraynanın sərhədində qoşunların intensiv hərəkətini müşahidə edirik. Separatçılara hər gün hərbi texnika, nəqliyyat vasitələri və maliyyə yardımı göndərilir. Bundan başqa, Şərqi Ukraynada qeyri-nizami rus qoşunları çox fəaldır. Biz onların sayını dəqiq bilmirik, ancaq onlar çox fəaldır» - deyə general bildirib.
F.Bridlav bildirib ki, NATO ölkələri üçün «yaşıl adamcıqlar» adı alan silahlılara, yəni hansısa tanınma nişanına malik olmayan yaxşı silahlanmış, inzibati binaları ələ keçirən, əhalini qızışdıran, separatçılara təlim keçən və beləliklə də ölkədə ciddi destablizasiya yaradan hərbi qüvvələrə qarşı hazırlıqlı olmaq çox mühümdür.
«Biz bunları Ukraynanın şərqində gördük, orada rusdilli əhali müvafiq qaydada təşkil olundu və genişmiqyaslı müharibə başladı. Bu baş verənlərin Şərqi Avropanın digər ölkələrində də təkrarlana biləcəyi təhlükəsi istisna deyil. Deməli, orduya və polisə təlim verərkən bunu nəzərə almaq lazımdır» - deyə Bridlav bildirib.
General deyib ki, Rusiyanın tətbiq etdiyi tamamilə yeni müharibə metodudur. Söhbət eyni vaxtda diplomatiyanın, təbliğatın, hərbçilərin və iqtisadiyyatın işə salındığı hibrid müharibədən gedir.
«Rusiya beynəlxalq siyasətin bütün bu elementlərini başqa dövlətlərdə çevriliş həyata keçirmək üçün istifadə edir» - Bridlav vurğulayıb.
NATO qüvvələrinin komandanı deyib ki, əgər alyans üzv ölkələrdən birinin ərazisinə xarici hərbi bölmələrin yeridilməsini aşkar edərsə, qarşılıqlı hərbi yardım barədə 5-ci maddə işə düşəcək.
Bununla belə general deyib ki, hazırda NATO-nun heç bir üzvü birbaşa hərbi iştiraka hazır deyil. Ancaq alyansın Şərqi Avropadakı üzvlərinin təhlükəsizliyinin təmin olunması üçün bəzi tədbirlər görülüb.
«Bura kəşfiyyat uçuşları, Baltikyanı ölkələrdə, Polşa və Rumıniyada quru qoşunlarının yerləşdirilməsi, Baltik dənizində hərbi-dəniz patrulu daxildir» - deyə NATO generalı əlavə edib.