vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
10:42 | 27 avqust 2014 | Çərşənbə Məqaləyə 1166 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO Kremli qıcıqlandırır

Rusiya sərhədlərində qurumun bazası yerləşdirəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO Ukraynadakı böhranla əlaqədar Şərqi Avropada yeni bazalar yerləşdirməyi planlaşdırır. APA-nın «UNN»-ə istinadən verdiyi məlumata əsasən, bu barədə «The Guardian» qəzetinə müsahibəsində Alyansın baş katibi Anders Foq Rasmussen bildirib.

NATO rəhbərinin sözlərinə görə, Alyansın gələn həftə Kardifdə keçiriləcək sammitində o, Rusiya sərhədi yaxınlığında hərbi bazaların yerləşdirilməsi ilə bağlı təşkilatın daxilində olan fikir ayrılığını aradan götürməyə çalışacaq.

«Qəbul ediləcək Tədbirlər Planı Avropada təhlükəsizliyin tamamilə yeni şəraitində operativ tədbirlər görməyə imkan yaradacaq. Bizdə artıq lazım gəldikdə qısa zamanda vəzifəsini yerinə yetirməyə qadir NATO Çevik Qüvvələri yaradılıb», deyə baş katib qeyd edib.