vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
09:37 | 3 sentyabr 2014 | Çərşənbə Məqaləyə 2185 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sumqayıtda oğurlanan körpə tapıldı

«Uşaq saxlamaq istəyirdim ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il avqustun 13-də Sumqayıtda oğurlanmış iki aylıq körpə tapılıb. Bu barədə lent.az-a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, körpə Binəqədi rayonu ərazisində tapılıb. Binəqədi Rayon Polis İdarəsindən də sayta körpənin tapılması faktı təsdiqlənib. Bildirilib ki, Binəqədi və Sumqayıt polisinin birgə əməliyyatı nəticəsində körpənin saxlanıldığı yer müəyyənləşdirilib, onu oğurlayan qadın saxlanılıb. Qadın polisə ilkin ifadəsində körpəni oğurlamasını uşağı olmaması ilə əlaqələndirib: «Uşaq saxlamaq istəyirdim. Ona görə də körpəni qaçırdım».

Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova yaşadığı ərazidə evinə gələn və ona yardım etmək istədiyini deyən qadınla birlikdə iki aylıq körpəsini və digər iki uşağını da götürərək yaxınlıqdakı parka gedib. A. Əhmədova digər uşaqlarını parkdakı attraksionlarda gəzdirmək üçün körpəni qadına həvalə edib. O isə fürsətdən istifadə edərək, körpəni qaçırıb. Hadisədən dərhal sonra Sumqayıt polisi xüsusi əməliyyat qrupu yaratmışdı. Onu da xatırladaq ki, körpənin tapılması barədə ilk xəbəri axar.az saytı yayıb.