vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
10:47 | 29 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1275 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bölgələrə kitabla gedirik!”

Gənclər şəhərində növbəti kitab sərgisi keçiriləcək

NURƏDDİN

MÖVZU İLƏ ƏLAQƏLİ

23-25 dekabr tarixində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə II Sumqayıt Kitab Sərgisi keçiriləcək.

Birincisi ötən ilin oktyabrında keçirilən və şanlı Zəfərimizin birinci ildönümünə həsr olunan sərgi rəğbətlə qarşılanmışdı.

Bu il “Bölgələrə kitabla gedirik!” şüarı altında Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında təşkil olunacaq ikinci sərginin rəngarəng proqramı var. Üç gün sürəcək sərgidə ölkəmizin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evi iştirak edəcək. Kitab bayramında nəşrlərə böyük endirim tətbiq olunacaq. Bundan əlavə, sərgi çərçivəsində tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçiriləcək.

Qeyd edək ki, Sumqayıtdakı kitab bayramında oxucular Mədəniyyət Nazirliyi və Milli Kitabxananın işğaldan azad edilmiş ərazilərdə yaradılacaq kitabxana fondları üçün ədəbiyyat nümunələrinin toplanılmasını nəzərdə tutan “Qarabağa kitabla gedirik!” birgə layihəsinə dəstək ola bilərlər. Oxucular tərəfindən təqdim olunan kitablar Qarabağda qurulacaq kitabxanalara veriləcək.