
“Bölgələrə kitabla gedirik!”
Gənclər şəhərində növbəti kitab sərgisi keçiriləcək
Gənclər şəhərində növbəti kitab sərgisi keçiriləcək
Sutkada 12 saat sükan arxasında sürücü də insandır və onun da səbrinin həddi var
Ölkədəki problemləri Prezidentə birbaşa necə çatdırmaq olar?
1 nəfər ölüb, 1 nəfər yaralanıb
Baş Prokurorluq gülləbaran xəbərini təkzib etdi
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
5 yaşayış məntəqəsində yaşayan 72 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşdı
Qarətə gələn şaxtada qaldı
«Yaralılar qan içindəydilər, sürücülər onları götürmürdülər»
12 nəfər bu dəfə qazdan zəhərlənib
Biri FHN əməkdaşı olmaqla iki nəfər öldü, 3 əməkdaş zəhərləndi
«Din və Allah yolunda and içəcəyimizi düşünürdüm»
Sumqayıt yolunda 6 tələbəni öldürən «Ford» sürücüsü hakim qarşısında
Avtomobillərdəki naviqasiyalar niyə işləmir?
Fərhad Əliyev Sumqayıta investisiya qoyur
Sərxoş sürücü polislə mübahisə etdi
6 tələbənin öldüyü qəzaya görə həbs edilən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimov sədrlik edib. Məhkəmə prosesində zərərçəkmiş Vüqar Bayramov iştirak edib.
O, 6 tələbənin öldüyü «Ford» markalı avtomobilin sahibidir. Bildirək ki, qəzanı törədən sürücü «Ford»u icarəyə görürərək sərnişin daşımaqla məşğul olurdu. «Ford» markalı maşının sürücüsü Vüqar Bayramov bu işdə zərərçəkmiş kimi tanınıb. Zərər isə qəza zamanı «Ford»a dəymiş maddi ziyan göstərilir.
V.Bayramov ifadəsində sürücü Namiq Hüseynovu tanıdığını deyib: «Namiq maşını məndən icarəyə istədi. Mən də dedim nasazdır. Düzəldə bilərsənsə, götür. Maşını da 1 ay olardı Sumqayıtdan almışdım. Baş etibarnamə ilə maşın məndə idi. Hələ ki, adıma keçirilməmişdi».
O, maşının texniki baxışdan keçirilməsi ilə bağlı suala dəqiq cavab verə bilməyib. Onun sözlərinə görə, «Ford»da olan oturacaqların təhlükəsizlik kəmərləri olmayıb.
V.Bayramov maşını aylıq 700 manata Namiq Hüseynova icarəyə verdiyini söyləyib: «Namiq dedi ki, aylıq pulumu verəcək. Maşını bir yerdə ustaya apardıq. Mənim tanıdığım usta yox idi. Onun dediyi adamın yanına apardıq. Maşın hazır olanda ona verdim. Hadisədən təxminən 10 gün əvvəl maşını ona verdim. Maşının sənədlərini ona verdim ki, mənim aldığım adamdan öz adına etibarnamə alsın. Amma sonradan bildim ki, heç etibarnamə də almayıb».
Hakim V.Bayramovdan rəsmi olaraq etibarnamə vermədiyi Namiq Hüseynova maşını niyə verdiyini soruşub. V.Bayramov isə sadəcə sənədləri Namiq Hüseynova verdiyini söyləyib: «Maşını aldığım şəxsdən alacaqdı. Ona görə verdim. Amma öyrəndim ki, etibarnamə almadan maşını idarə edib».
V.Bayramov suallara cavabında deyib ki, N.Hüseynovun sərnişin daşımaq üçün xəttə çıxmasından xəbəri olmayıb. Məhkəmədə bildirilib ki, qəza zamanı «Ford»a 5 min 900 manat zərər dəyib. V.Bayramov xərcin sığorta şirkəti tərəfindən qarşılanacağı halda mülki iddiasının olmadığını deyib. Məhkəməyə çağırılan digər zərərçəkmişlər prosesə gəlməyib.
Xatırladaq ki, hadisə bu il martın 9-da Sumqayıt yolunda baş verib. Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi «Ford» markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus «ZİL» markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə isə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.