vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
12:46 | 2 may 2012 | Çərşənbə Məqaləyə 3520 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ana ürəyi»

Murad KÖHNƏQALA

Bir az mütəkkəyə söykənib mürgü vurandan sonra darıxan adamlar kimi durub ev telefonunda ərdə olan qızıgili yığdı. Telefonu üç yaşlı nəvəsi götürdü. Uşağın səsini eşidən kimi arvadın üzü güldü:

- Bıy, qaddddan alım, ədə, sənin! Dilini yeyərəm, ey, dilini! Caaaan!!! Ay Toppuş,Toppuuuş, mama evdədi? Caaaan! Kim döydü səni? Gəlib öldürərəm hamısını!.. Ver görüm mamaya. Nətərisən, başına dönüm? Sən mənim nazdı qızımsan! Toppuşu kim döyüb, ağız? Əşi özüm bilirəm, Toppuşu döyməkmi olar, Toppuş mənim canımdı, şəkərimdi, cigərimdi! Kişi qırığı evdədi? Hardadıbə? İş nədi, indiyə iş qalar? Sən onun ipini yaman buraxmısanhaaa! Necə yəni neynəyim? Gələndə üstünü kəs, denən, əə, Dombagöz Qəfərin oğlu, nə veyillənirsən küçələrdə, evin-eşiyin yoxdumu? Koppayoğlu!!! Allah bilir indi harda içib zəhərlənir? Nə yox aaaz? Hərdən nədi? Yadında döyülmü, Zülfüqarın toyunda içib nətəri oynayırdı? Baxtavarın canı da elə sağlamdı! Qoz kimi tullanıb-düşürdü! Hərdən düşəndə içir, deyirsən, bu gün də həmin hərdənin biridi, dana! Səhər-səhər nə verib yola saldın? Ağız qayğanaq nədi, o yumurtaları mən kənddən Toppuşnan sənə görə gətirtmişəm! Gör ey, Dombagözün oğlu kənd yumurtasının qayğanağını yeməsəydi dünya dağılardı! Ağız, qələt eləyir, qayğanaq istəyəndə ona mağaza yumurtası bişir, qoy zəhərlənib rədd olsun işinə! Səhər olanda şordan şirinçaydan tulla qabağına, çox qudurtma, sonra başına çıxacaq! İş tapıb işləyə bilirmi?Hə onun işi yaxşıdı, təzə tikilən binaların hamısında santexnik lazım olur. Axşamlar evə gələndə məcbur elə, qoy həmişə hamamda çimsin, yoxsa Dombagözlər kimi iylənəcək o da! Deynən, itsən, qurdsan, hər nəsən, Toppuşun atası sayılırsan, özünü camaat içində normal apar! Axşamlar da qreçkadan-zaddan qaynat ver, heyvan kimi şeydi, basıb yeyəcək! Gəldi? Yaxşı, gecən xeyrə qalsın, dərdin ürəyimə! Qələt eləyir, biraz gec aç, qudurtma! Kopayoğlu!!! Darıxma, gələn çərşənbəgələcəm Toppuşumu görməyə! Salamat ol, maman qurban!
Dəstəyi yerinə qoyan kimi qayıdıb oğlugili yığdı.
- Alo! Nətərisən, aaz? Sən niyə ərin dura-dura telefona cumursan? O birisi otaqdadı, özü səsini eşidib gələcəkdi, dana! Bilmirmi bu, anasının zəngidi? Sən niyə ana-balanın arasına girirsən, a bala? Çox danışma! Kişini çağır telefona! Qurban olasan o doğduğuna, yoxsa gəlib orda tifdiyini bir-bir yolardım, qanacaqsız! Uşaqlara dərsi də belə öyrədirsəəən? Sənə diplom verənin əli çürüsün, eey, əli! Mən sənin kimisinə heç metirka da verməzdim, o ki, qalmışdı, diplom! Çağır kişini, görüm!..
Nətərisən, mama qurban? Samış yatırmı? Əə, o ləçəri niyə doyübağzını əymirsən? Nətərineyləyib? Mən sənə zəng vururam, cumub telefonu götürür. Guya bunun səsini eşitməsək dədəsi Ayı Kamıl meşədən qaçacaqdı. Ona yüz dəfə demişəm ki, sənin o cıy-cıy səsini eşidəndə təzyiqim qalxır. Kopaqqızı eləcə məni öldürməyə çalışır. Yemək zad yemisənmi, başına dönüm? Nə bişirmişdi? Bişirə bilirmi, barı? Əə, sən nətəri onun bişirdiyini tərifləyirsən? Dolmamı bişirə bilər, əə, o? Oy, onun bişirdiyi dolma anası Gülyaz “xanım”ın krasqalı başına dəysin! Səhər-səhər nə vermişdi, bə? Qayğanaq? Başına geyindirsəydin onun qayğanağını! Barı, kənd yumurtasındanmı bişirmişdi? Yumurta qurtarıb? Dayan görüm! Sənə mağaza yumurtasından qayğanaq verdi? Ax, kopaqqızı, ax tifdikli ləçər! Çağır, əə, onu telefona, bağrımçatdadı! Dedim, onu bura çağır!Görüm, o Ayı Kamıl səni niyə zəhərləmək istəyirmiş! Əə, sən məni öldürəcəksən, vallah! Əə, niyə çağırmırsan o ləçəri, ürəyimi boşaldam? Mən çoxdan bilirdim, o, səni öz doğma anasından döndərəcək, a bala! Budu, bax, ta, onu arxanda gizlədib öz sinəni irəli verirsən! Onun dili var, eey, dili, onun o dilini dartıb malazasından çıxaracam! Bunun tutduğu hərəkətə bax, evə qazanıb gətirən kişisinə verdiyi yeməyə bax! Hə, bişirib verdi, sən də kirimişcə yeyib durdun, hay? Bircə şillə də vurmadın ona? Mən çoxdan bilirdim, a bala, onun tərəfinə keçdiyini! Yadındadımı, nişanı qaytarırdım haaa! Utanmaz-utanmaz dedin, ay ana, onu sevirəm. Sevirmiş kişinin oğlu! Budu bax, sevdiyin! Di, get sev! Boynuna ipi salıb, ha tərəfə istəsə sürüyür. Qoy, hələ ikincini doğsun, gör, sənin başına nə oyunlar açacaq?! Oxşadın daa, sən də bu arvadağız dədənə. Arvadağız kopayoğlu!!!

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)