vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
11:47 | 21 dekabr 2012 | Cümə Məqaləyə 2967 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dağılmadı, dağıtdı»

Anar YUSİFOĞLU

Siz bu sətirləri oxuyanda artıq dünyanın dağılmadığına tam arxayınlaşmış olacaqsınız; «yalanmış» deyəcəksiniz, «az qalmışdı inanaq» söyləyib başınızı yelləyəcəksiniz… Amma olub-keçənlərə görə məmnunluqla gülümsəməyə, sevinməyə tələsməyin.

Dünya dağılmadı, doğrudur; amma dünya dağılmamaqla bizim düşüncələrimizi dünyaya dağıtdı.
Bu isə bizi ağrıtmaya bilməz…
Savadsızlıq. Mirzə Cəlilin görmək istədiyi yox, gördüyü yerdəyikmiş. Özünüz deyin, əksəriyyətin öləcəyini deyən Dalaysız Lamanın ölüləri dirildən Nəsrullahdan fərqi çoxdurmu?
İmansızlıq. Badə qaldıranda belə Allah kəlamı dilimizdən düşmür. Allahın Qiyamətindən qorunacağımızı düşünmək hara, Tanrıya inam hara?
Xudpəsəndlik. Dünyanın böyük əksəriyyətinin dağılacağı şayiəsi qarşısında sağ qalmağımız üçün şam aldıq, konservləşdirilmiş yemək tədarükü gördük. Bizi bəşəriyyət, xalq, cəmiyyət, ətrafımız yox, «evimiz» düşündürürmüş.
Sevgisizlik. Dostlarımızın, çevrəmizin, alışdıqlarımızın və bizə alışanların olmadığı xarabaya qalmış dünyada yaşamaq istəyimizin başqa adı varmı?
Cahillik. Günəşi söndürüb, şamın işığına sığına biləcəyimizi zənn edirik.
Qorxaqlıq...
İnsanın dünyaya ehtiyacı yoxdur – keçib getdiyimiz Yolda böyük zamanın bir anlıq dayanacağından başqa heç nə deyil dünya.
Dünyanın bizə ehtiyacı var – onun varlığı da, durumu da insana; düşüncəmizə, ürəyimizə, əməllərimizə bağlıdır. Dünya – sevgimizin başına dolanır; mövcudluğu üçün - İnsana, İnsanlığa möhtacdır.
Dünya mütləq dağılacaq – sevgiləri dəfn edəndən, mərhəməti göməndən, ləyaqəti basdırandan sonra… İnsanlıq adına heç nə tapmayanda dünyanı qaranlıq bürüyəcək, həmişəlik.
Dünyanın dağılmasından qorxmaq, əndişələnmək lazım deyil – Qiyamət Allah sovqatıdır;
İnsanlığın məhv olmasından, Allahı məyus etməkdən qorxmalıyıq.
Bir də, «Nə olursa, sənin xeyrinədir» - Allah kəlamıdır.
Bu «dağılmada» da bir xeyir var: Tanrı bizə özünü bir daha xatırlatdı.
Bəlkə, bundan sonra Onu və kimliyimizi unutmayaq?
Axı, şair demişkən, «Xaliqin zərrəsiyik…»

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)