vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
07:36 | 3 dekabr 2014 | Çərşənbə Məqaləyə 3815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bir qutu prezervativ və üç şpris»

Aşağıdakı yazı deyil, vəziyyətin pornoqrafik təsviridir

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Məni həyasızlıqda ittiham edə bilərsiniz, sual edə bilərsiniz ki, QHT-dən, beynəlxalq donor təşkilatlardan maaş alanda, pul qazananda yaxşı idi, indi pis? Bəli, əla idi!

Yazıdakı həyasızlıq gücünü sona qədər eyni tempdə saxlamağa söz verirəm. Sualı mən verirəm: QHT-lərin avaraçılıq, mənasızlıq, pul silmək üçün vasitə olduğunu indimi anladınız? İyirmi ildən sonra qəfil nə dəyişdi?

Bəli, QHT və donor təşkilatlardan pul qazanmaq yaxşıdır. Asan deyil, amma alınır. Layihələr, media konfransları, hikkəli iddialar, cəmiyyəti suçlamalar, treninqlər. Bütün bu teatrın ən maraqlı pərdəsi məhz treninqlərdir. Əlində uzun yun çubuğu ilə layihə müəllifi proyektordakı cədvəllə iştirakçıları tanış edir. Layihə müəllifi də, iştirakçılar da orada niyə oturduqlarını, ümumiyyətlə nə iş gördüklərini bilmirlər. Saysız-hesabsız treninqlər görmüş biri kimi deyə bilərəm ki, o treninqlərdəki mülahizə və fikirlər heç kimi maraqlandırmır, heç kimin yadında qalmır. Layihə rəhbərini növbəti aydakı pul köçürməsi, iştirakçını isə nahardakı dost-tanışla laqqırtı vurmaq düşündürür. Ancaq iyirmi ili bircə gündə yaşamaq mümkün deyil. Və ya iyirmi il yeyiləni, bölünməyəni, paylaşdırılmayanı günün birində bütün mənalarda qusmaq da lazımdır.

Fələyin bilmirəm, Corc Sorosun qəribə işləri çoxdur. Təsəvvür edin, narkomana steril şpris verir ki, onsuz da olan olub, keçən keçib. Madam ki, «mallanırsan», təmiz şprisdən istifadə elə. Və ya bir də baxırsan, qırx ilin fahişəsinə bir qutu prezervativ göndərir ki, müştəriyə bonus olaraq hədiyyə et. Yaxud da, ucqar dağ kəndində, əlifba tanımayan Dilrubaya ingilis dilində broşura göndər. İçində də yaz ki, ərin Xudaverdi səni döyəndə mənə «vızov» at. Beləliklə, vətəndaş cəmiyyəti yaranır.

İyirmi ildən çoxdur ki, vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatlarının fəaliyyəti deyə-deyə yerə-göyə sığdıra bilmədiyimiz qurumlar günün birində xalq düşməni, düşmən dəyirmanına «vodolaz» işləməkdə günahlandırıldı.

Şəhərin mərkəzində sorğu keçirsək, əgər sorğu iştirakçısı AzTV-nin müxbirinin təsadüfən yaxınlaşdığı sadə vətəndaş Kəramət Böyükçöl deyilsə, yüz iştirakçıdan heç biri QHT-nin nə demək olduğunu bilməyəcək. Ancaq bizim yeganə dərdimiz Kəramətin sadə vətəndaşlığı, AzTV müxbirinin müsahib seçməkdə zövqsüzlüyü deyil.

Məişət zəminində problemin öhdəsindən gələ bilməyən, ailədə işgəncəyə məruz qalan qadını adının uzunluğu gördüyü işlərdən uzun olan «arvad-uşaq» komitəsi sığınacağı olmadığına görə küçədə qoyursa və ya problemin həlli zamanı QHT-yə möhtac qalırsa, susmaq lazımdır.

Dövlət büdcəsindən QHT-lərə ayrılmış fond «Reks» adlı heyvanların hüquqlarını müdafiə edən təşkilata «milli dəyərlərin qorunması və vətənpərvərliyin təbliği» mövzusunda qrant verirsə, susmaq lazımdır.

Aylıq hesabatını belə, sərbəst verə bilməyən, «insan hüquqları» haqda tək kəlmə məlumatı olmayan, məmur katibəsi qismində ömrümüzü çürüdən media manıslarının da dövlətdən hər il qrant alanlar siyahısında adının olması sirr deyil. Susmaq yox, lal olmaq lazımdır.

Ərsiz arvadın kişisi çox olur, yiyəsi yox. Hər seçkiqabağı ənənəvi prosesə başlayan media orqanları danlamaq üçün bu il QHT-ni seçib. Hər ehsanda ac qarnı doymasa da, ələm gəzdirənlər yeməyə bir şey tapırlar.

«Tragikomediya» bir yerdə yazılır. Vətəndaş cəmiyyətinin inkişafını bilmirəm, amma turizm inkişafdadır. Bir müddət əvvəl Batumiyə turizm paketi çərçivəsində və dağ turizminin inkişafına hesablanmış səfər təşkil edildi. Səfər iştirakçıları məmnun geri döndülər.

İyirmi ildən çoxdur ki, QHT nümayəndələri bizi inandırırlar ki, insan haqlarının bərpası üçün təşkilatlarının fəaliyyəti mütləqdir. Hətta QHT-lər nəinki dövlətin, hətta Allahın da işini asanlaşdırır. Məsələn, sosial işçi adlanan zümrə var ki, bir müddətdən sonra başqalarının problemini dinləməkdən psixoloji xəstəyə və mütəmadi yardım göstərməyə özünü borclu bilir. Tutaq ki, mən əvvəllər sırf pul xətrinə döyülən zənənləri ərlərinin əlindən alırdımsa, indi onun-bunun işinə burun soxmaq üçün maaş almıram. Hər davaya avtomatik hücum mövqeyində dayanıram.

 

Ac körpəyə yemək göstərmək

 

Uşaq evində böyüyən, yeməklərin adından xəbərsiz uşaqlar tanıyıram. İlk dəfə iyirmi beş yaşında dolma ilə tanış olan Sevda adlı qız deyirdi ki, uşaq evində ən yaxşı halda vermişel yeyirdilər. Başqa vaxtlarda isə un horrası ənənəvi yemək idi. Ancaq bayramlarda bir qazan plov bişirilirdi. Onu da televiziyaların çəkilişindən sonra müəllim və tərbiyəçilər yeyirdilər. Hər il bayramlarda uşaq evlərinə yardım göndərilir. Əgər bir yerdə «yardım» kəlməsi varsa, orada yazıqlıq, dilənçilik, ehtiyac var. Oradakı uşaqlar ildə yalnız bir dəfə yardım nemətlərindən dadırlar. Bu vəziyyət heçlikdən daha dəhşətlidir, daha çox ikrah doğurur. Körpə yalnız ildə bir dəfə şirniyyat dadır, ilboyu şirniyyat gözləyir. Qarındolusu yemək görməyənlərə pul qarşılığında konfet uzatmaq nə kişilikdəndir, nə də»qhtşniklik»dən...

Bir erməni Lili var. Çiçəyi burnunda Leyla Yunusovalar onu yaxşı tanıyırlar. Arada bir Tbilisidə tort bişirib üstünə Azərbaycan və Ermənistan xəritələri çəkir. Hər dəfə də yadından çıxıb Naxçıvanı Ermənistan ərazisi kimi göstərir. Tortu bişirib bizim gənc qrant yeməyə iddialı bacıları başına yığıb məzələnir. Qrant verənlər qarşısında öhdəlik götürüb ki, tort bişirməklə vətəndaş cəmiyyəti quracaq, beləliklə, iki ölkə arasındakı düşmən münasibəti yumşaldacaq.

Bizə gəlinbacı olmağa iddialı Lili ağzıqara el oğullarımızdan birinə aşiq olub saçının ucuna arada Azərbaycan bayrağının rənglərində lent bağlayırdı. Lili üç gün əvvəl «tvit» atıb: «Başımı keçəl elədim».

milli.az


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)