vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
01:30 | 11 noyabr 2013 | Bazar ertəsi Məqaləyə 5086 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaldır Pantiç, qaldır!

Ağasəlimlərin, Əsgərlərin, Nazimlərin, Yunislərin işini bəyənməyən Pantiç qaldırmağa gəlib

Rövşən ƏHLİMANOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı» yayda yeni baş məşqçi gətirdi. Əslən serb olan Milinko Pantiçin üstündə böyük xəyallar quruldu. 2013/14 mövsümü start götürdü. «Bakı» «Rəvan»ı uddu, «Simurq»u uddu, «Neftçi»ni uddu, «Sumqayıt»ı uddu və yenidən «Simurq»u uddu. Bu siyahını uzatmaq olmaz. Çünki «Bakı»nın 13 tura udduğu elə bu qədərdi. «Bakı»nın uduzduğu və bərabər qaldığı oyunları da yazmaq olar, amma yazmıram. Səbəb isə Pantiçin dediyi kimi - «qaldırmaq»dı.

Hafiz Məmmədov «Atletiko» və «Lans»a maya buraxdığı gündən Pantiç də «Bakı»nın nəyinəsə buraxır - öz bacarığını. Dediyinə görə serb mütəxəssis qaldırır - Azərbaycan futbolunu. Göydə Allahın ümidinə qalan paytaxt klubu, yerdə Pantiçin nəyinə qalıb bilmirəm. Onu bilirəm ki, bu 47 yaşlı məşqçi nəinki bizim futbolu, heç öz klubunu qaldıra bilmir.
Bir nüansa diqqət yetirək. 12-ci turda «Simurq»la qarşılaşmadan sonra Nicat Qurbanov Elxan Əhmədovun qoruduğu qapıya demək olar ki, mükəmməl qol vurdu. Oyundan sonra isə Pantiç həmin «quş»u buraxan Elxanı oyunun ən yaxşısı seçdiyini bildirdi: «Bakı”nın ən yaxşısı Elxan Əhmədov oldu. Çünki, o, verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi. Səhv etməsi normaldı. Azərbaycan gələcəkdə ondan faydalana bilər. Nə edim? Elxanı atım əvəzedici heyətə, onda nə olacaq?»
Görünür Milinko Elxanı əvəzedici heyətə göndərməkdən üz döndərib, onu yetişdirmək istəyib. Pantiçə görə «yaxşı» olan Əhmədov Bakı derbisində də səhvlərlə yadda qaldı... Və bu oyundan sonra da serb qapıçı amilinə toxundu: «Qapıçımız yerli futbolçudu, “Simurq”la oyundan sonra da deyirdilər ki, onu niyə oynadırsan? Mən futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm”.
Ağasəlimlərin, Əsgərlərin, Nazimlərin, Yunislərin işini bəyənməyən Pantiç qaldırmağa gəlib - Azərbaycan futbolunu. Amma necə qaldıracağı bilinmir. Kamran Ağayevi itirən, Edin Nuredineski ilə «razborkası» düşən Pantiç komandanın qapısını Əhmədova etibar edir və onu yenidən əvəzedici heyətə göndərmək istəmir. Görünür, Pantiç artıq şəraitə uyğunlaşıb və «torba əməliyyatı»na keçib. «Bakı» qışda Nuredineski ilə yollarını ayırsa, heç də təəccüblənmək lazım deyil. Axı Pantiç Azərbaycan futbolunu qaldırır. Qaldır Pantiç, qaldır! Amma altda qalmamaq şərtilə...

futbolinfo.az

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)