vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
22:41 | 26 avqust 2013 | Bazar ertəsi Məqaləyə 3028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Atəş böcəkləri»

Səhər ƏHMƏD

Hər gün təəssüratları paltar kimi soyunub, tavanın kəsişən xətlərinə baxa-baxa fikirləşirdim ki, nəsə yazım. Heç bir yazılana oxşamayan nəsə. Fikrə yox, ruha təsir edən.

Əlimdən axıb gedən illərin fərqindəydim, onların şəklini çəkmək, portretini yaratmaq istəyirdim.
O dünyaya inanmırdım, istəyirdim bu dünyada bir iz qalsın məndən.
Bu dünyada ulduz sevgilərinə qarşı atəşböcəyi işartıları mövcuddur, bunu hələ uşaqkən anlamışdım. Bağçamızda  işıldaböcəklərin əsrarəngiz parıltılarına heyranlıqla tamaşa edərkən.
Sonra o parıltıların arxasınca getmiş, həvəslə topladığım  atəş böcəklərinin ovcumda qara, miskin varlıqlara çevrilməsinə qüssəylə tamaşa etmişdim.
Bu, bəlkə də uşaqlığımın ən qüssəli xatirəsidi. Nədənsə mənə elə gələrdi ki, yaşamaq da təxminən buna bənzər bir xəyalqırıqlığıdı.
Yəqin sizə qəribə gəlir ən qüssəli xatirənin böcəklə bağlı olması. Mən isə bu epizodu tez-tez xatırlayardım. O epizodun həyatımla nəsə izaholunmaz, dumanlı bir bağlılığı varmış kimi. İllər keçdikcə bu cür izaholunmaz, dumanlı epizodların sayı artırdı.
…Hər gün təəssüratları paltar kimi soyunub, tavanın kəsişən xətlərinə baxa-baxa fikirləşirdim ki, nəsə yazım. Heç bir yazılana oxşamayan nəsə. Fikrə yox, ruha təsir edən. Amma  nə yazsam, bədii yazıya bənzəyirdi, bədii yazılar isə bədii yalana.
Mənsə oxucularımla səmimi olmaq istəyirdim, istəyirdim onlara deyəm ki, işıldaböcəklər ulduz deyil.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)