«Bu qaşınmayan yerdən qan çıxarmaqdır»
«Zahid Oruc da uşaq deyil, bildiyi çox şeylər var...»
Qulu MƏHƏRRƏMLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Canlı vicdan abidəsi ...
... Yaxud təhsildə güzəşt tanımayan MÜƏLLİM
-
“Su-30”-lar Ermənistana neçəyə başa gəlib?
Millət vəkili: “Azərbaycan zərbə vurmaq üçün addımlar atır”
-
Azərbaycan-İran və Rusiya «oxu»nda İlham Əliyev faktoru
Millət vəkili: «Duqin strateq kimi yaxşı anlayır ki..»
-
2018-də müharibə mümkündür
Gələn il Qarabağ üçün ümidli nə vəd edir?
-
«Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?»
Nazir deputatın sualına sualla cavab verdi
-
Deputat məsələ qaldırdı
«Azərbaycan Hökuməti Dağlıq Qarabağa vəsait ayırmalıdır»
-
«Qəfil başımı çevirib gördüm, ətrafda heç kim qalmayıb...»
Vüsalə Məmmədovanın Elçin Şıxlı ilə «Künefe Evi»ndə «50+» söhbətlər...
-
Aynadakı Elçin Şıxlı
Qələm adamının sükutu, bir şeyə reaksiya verməməsi susqunluq deyil …
-
«Mühacirət etsəm, ürəyim partlayar və ölərəm»
60 yaşlı Elçin Şıxlı: «Atam mənə təklif olunan vəzifədən imtina etmişdi»
-
Deputatlardan narahatlıq
«Uşaqların dini mərasimlərə cəlb edilməsi yolverilməzdir»
-
Milli Məclisdə bank faizlərinə, bahalığa və «Kürdüstan»a etiraz
«Tərəfli mövqe tutan insanların bu cür postları tutması səviyyəsizlikdir»
-
«Bəzi məmurlar deputatlara təkəbbürlə baxırlar»
Millət vəkillərinə arxa çevirən vəzifəli şəxslər
-
Dilimiz dil açıb danışa bilsəydi…
KİV-lərdə Azərbaycan dilinin acı mənzərəsi
-
«Bəzilərinin nə etdiyi məlum deyil»
MM-də qalmaqal: «Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar çıxardı, insanlar da özlərini yandırdı...»
-
«Heç qorxağa oxşamırsan»
Spiker deputatın etirazına belə cavab verdi
-
«Növbəti baş nazir sizin kimi səmimi olsa....»
Zahid Oruc Artur Rəsizadəyə səsləndi
Bəri başdan deyim ki, siyasi şəxsiyyətləri üz-üzə qoymaq, tarixdə kiminsə rolunu artırıb-əskiltmək, milli yaddaşa hücum çəkmək və tarixin fayllarını dəyişməyə cəhd etmək qədər mənasız bir işdir.
Tarix olub-keçmiş, yaşanmış, artıq bizim iradəmizdən asılı olmayaraq daşlaşmış həqiqətləri yaşadır. Bu daşın üzərinə nə qədər saxtakarlıq suvağı çəkirsənsə-çək, yenə ovulub töküləcək və gerçəyi gizlətmək mümkün olmayacaq.
Bu baxımdan professor Şirməmməd Hüseynov 20-ci əsr tariximizin ən mürəkkəb dövrünü vərəq-vərəq araşdırdığı üçün həqiqətə çox yaxındır. Normal düşünən adam onun dediklərində heç bir qərəz görmür.
Zahid Oruc da uşaq deyil, bildiyi çox şeylər var. İndi biz durub desək ki, gənc deputat orta məktəb dərsliyində izah edilmiş dövlət-hakimiyyət anlayışlarının fərqini bilmir, düzgün olmaz. Bilir, qəşəng bilir, amma azad düşüncə sahibi olan Şirməmməd müəllim demişkən, onun öz ağlı, öz yanaşması və öz siyasi mövqeyi var. Bax, bu siyasi mövqe Z.Oruca həqiqəti görməyə mane olur. Həqiqət isə çox dərində deyil, onu heç bir bəlağətli söz yığnağı altında gizlətmək mümkün deyil, hətta, deputat leksikonundakı ən munis sözlərə qol-qanad versək belə.
Tarixin yaddaşında qlobal ideyaların daşıyıcıları qalır. Bu baxımdan kimin ona hansı təsir altında və necə münasibət bəsləməsindən asılı olmayaraq, Məmməd Əmin Rəsulzadə milli tariximizin nəhəng simasıdır. İndi varisi olduğumuz Azərbaycan Cümhuriyyətinin yaradıcısıdır. Bunu dansalar da belədir, Cümhuriyyət qurucularından danışanda adını 4-5-ci sırada çəksələr də. Amma hiss olunur ki, Rəsulzadənin daşı çox ağırdır, neçə illərdir ona qısqanc, hətta düşmən münasibət var, hakimiyyətdə olanlar, ondan danışanda gözləri gülmür. Əvvəllər xidmətlərini görməzliyə vurur, sıradan biri kimi qələmə verir, onu süni şəkildə silahdaşlarına qarşı qoyurdular. Arxivlər açıldıqca, onun millət qarşısındakı misilsiz xidmətləri üzə çıxdıqca, şəxsiyyətinin parıltısı gözləri qamaşdırınca taktika da dəyişdi, ünvanına kiməsə torpaq vermək, xaricə qaçmaq, qızıl aparmaqda və s. gülünc ittihamlar yağdırmağa girişdilər.
İndi də Heydər Əliyevlə üz-üzə qoymağa başlayıblar Rəsulzadəni… Onu sevib-sevməməyindən asılı olmayaraq, heç kim Heydər Əliyevin tarixi xidmətlərini dana bilməz, 1993-cü ildə ölkədə vətəndaş müharibəsi qorxusu yarandığı vaxtda siyasi hakimiyyəti ələ alaraq bir çox təhlükələri sovuşduran, antimilli qüvvələri zərərsizləşdirən, getdikcə hakimiyyəti möhkəmlədən və sabitlik yaradan bir liderin bacarığına kim şübhə edə bilər ki?
Heç hörmətli Şirməmməd müəllim də bunlara şübhə etmir, amma sadə bir məntiqlə deyir ki, dövlət qurmaq başqa şeydir, hakimiyyət yaratmaq başqa. Məsələn, biz necə deyə bilərik ki, C.Buşdan sonra prezident seçilmiş B.Obama ABŞ dövlətini qurur. Belə desək, Konqres bizi topa tutar. Yəni hakimiyyətə gələnlər hökuməti pis, yaxud yaxşı yönəldər, dövləti gücləndirə və ya zəiflədə bilərlər, amma dövlət qurmaq bir az fərqli anlayışdır.
Deməyim odur ki, dövlətlə onun əsas atributlarından biri sayılan hakimiyyət arasında bərabərlik işarəsi qoymaq olmaz. Heç Cümhuriyyət dövrü ilə bu gün arasında da bərabərlik işarəsi qoymaq olmaz, ona görə ki, fərqli hərbi-siyasi şərait, fərqli beynəlxalq vəziyyət, bölgədəki fərqli geosiyasi durum fərqli davranışlar tələb edirdi. Ona görə Zahid bəy deyəndə ki «Şirməmməd Hüseynovun Məmməd Əmin sevgisində bir acıma və tarixi yanğı var: onlar Heydər Əliyevin edə bildiklərini bacarmayıblar» - kökündən yanlışlıq yapır. Həm də bir az həqarətə və ən azı iki ciddi qəbahətə yol verir.
Əvvəla, bələd olduğum üçün deyirəm ki, Şirməmməd müəllimin Rəsulzadəyə səmimi sevgisində heç bir acıma, yanğı, təəssüf və ya kiməsə qarşı qərəz yoxdur. Bilənlər bilir ki, bu kişi sözünü həmişə birbaşa deyir. Tədqiqatlarında da belədir, olanı deyir və təbii ki, millətin siyasi tarixinin möhtəşəm epizodundan qürurlanır və xalqın Məmməd Əmin miqyasda düşüncə sahibi olmasından fəxarət duyur. Məncə, bunun heç kimə ziyanı yoxdur. Professorun sözünün təsirini artıran əsas məqam budur ki, Cümhuriyyət tarixini heç kimdən mükafat ummadan, deputat və ya akademik olmaq fikrinə düşmədən, heç bir maraq güdmədən, bu millətin sabahını düşünərək təmənnasız və obyektiv araşdırır.
Z.Orucun ikinci və daha ciddi yanlışlığı H.Əliyevi demokratik respublikanı quranlara qarşı qoymasıdır. Onun cümhuriyyət xadimlərinə münasibətdə «Heydər Əliyevin elədiyini bacarmadılar» deməsi absurddur. Bunu hansısa savadsız futbol azarkeşi desəydi, anlamaq olardı, amma bu cəfəngiyat Zahid bəyin dilindən səslənir. Əslində bu, siyasi mənsubiyyəti olan bir adamın özünü korluğa qoyub tarixə təpik atması deyil, həm də çox səfeh müqayisə və nihilizmdir. Nəzərə almaq lazımdır ki, «şəxsiyyətləri üz-üzə qoymazlar» deyən deputatın tarixə belə yanaşması H.Əliyev kimi böyük siyasi xadimə əlavə hörmət gətirmir, amma Cümhuriyyət quran babalarımızın ruhunu incidir. Bu isə qaşınmayan yerdən qan çıxarmaqdır.