vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
RƏY, REPLİKA  
15:53 | 2 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2761 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç qorxağa oxşamırsan»

Spiker deputatın etirazına belə cavab verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Deputatı mandatdan məhrum etmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş oluruq».

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçiriləcək plenar iclasında «Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında» qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır: «Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır».

Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: «Heç qorxağa oxşamırsan, görürsən, danışırsan».

Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir: «Layihədə «kobud pozuntu» ifadəsinə rast gəlinir. Bu, nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir».