vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
XADİM  
20:48 | 17 mart 2017 | Cümə Məqaləyə 2699 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Növbəti baş nazir sizin kimi səmimi olsa....»

Zahid Oruc Artur Rəsizadəyə səsləndi

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hökumətimiz neft dövründə çox səxavətli idi. Amma indi nə qədər bəzi xəsislik edirsə, əvvəlki dövrlərdəki nöqsanları da demir». Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, binalar üzlənir, bu çox yaxşı haldır.

«Amma bu binanın küçəyə, yola baxan hissəsi təmir olunur, üzlənir. Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm: Biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər! Beynəlxalq Bank pulları taladı, biz isə bunu görmədik?»

Zahid Oruc bildirib ki, Azərbaycana un, şirniyyat məmulatlarnın böyük hissəsi xaircdən gətirilir.

«Amma biz elə edə bilərdik ki, ölkə bazarı özü-özünü təmin edə bilsin. Baxın, hansısa nazir işdən çıxarılır, onun yerinə kadr gələndən sonra isə məlum olur ki, həmin nazirlik qanun pozuntularına yol verib. Olmazmı ki, indidən hökumət hər şeyə nəzarət etsin?!» - Zahid Oruc tənqidi fikirlər səsləndirib.

Zahid Oruc icra hakimiyyətlərini də ittiham edib: «Bəziləri var ki, binalarına baxanda elə bilirsən ki, hansısa nazirlikdir. Niyə onları publik hüquqi şəxsə çevirmirik? Əmlak Komitəsi, Standartlaşdırma Komitəsini publik hüquqi şəxs etməyə bizə nə mane olur?!

Artur müəllim, mən və həmkarlarımızın hamısı sizdən dürüstlük görüb. Siz prezidentə, xalqa, dövlətə sadiqlik nümayiş etdirmisiniz. Bəs siz bu vəzifədən nə zaman gedəcəksiniz? Bunu prezident bilir. Amma növbəti baş nazir sizin xususiyyətlərinizi özündə birləşdirsə, sizin kimi səmimi olsa, yaxşı olacaq».