«Mühacirət etsəm, ürəyim partlayar və ölərəm»
60 yaşlı Elçin Şıxlı: «Atam mənə təklif olunan vəzifədən imtina etmişdi»
Namidə BİNGÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Maduronu Əsəd kimi qorumağa çalışacaqlar”
Elçin Şıxlı: “Azərbaycan ABŞ-a bu iki ölkəni çökdürmək üçün lazımdır”
-
«Mehriban Əliyevanı uşaqlıqdan tanıyıram»
Elçin Şıxlı: «Ona görə müəyyən mənada nikbinəm, həm də nəyəsə ümid etmək lazımdır»
-
«Əcəb eləyib onu qovub!»
Elçin Şıxlı: «Separatçılara yerini göstərmək lazımdır»
-
«Qəfil başımı çevirib gördüm, ətrafda heç kim qalmayıb...»
Vüsalə Məmmədovanın Elçin Şıxlı ilə «Künefe Evi»ndə «50+» söhbətlər...
-
«Yazan adam üçün nə pensiya, nə yaş?»
Elçin Şıxlı: «Bir-birimizi tərifləyib məmnun şəkildə dağılışacağıq»
-
Aynadakı Elçin Şıxlı
Qələm adamının sükutu, bir şeyə reaksiya verməməsi susqunluq deyil …
-
Dilimiz dil açıb danışa bilsəydi…
KİV-lərdə Azərbaycan dilinin acı mənzərəsi
-
Qanunvericilik mətbuat azadlığını tam təmin edir
İctimai rəyin səsi olmağı məqsəd seçmiş hər bir media orqanı daşıdığı məsuliyyəti unutmamalıdır
-
«İntihar həddinə çatdıran səbəblər araşdırılmalıdır»
Elçin Şıxlı: «Qəzeti, saytı bağlasın və gedib başqa işlə məşğul olsun»
-
«Gərək, millət özünə qiymət qoysun»
Elçin Şıxlı: «Xalqa «Otxot» deyən adam milləti təmsil etməməlidir»
-
«İnternetin 90 faizi zibilxanadır»
Qulu Məhərrəmli: ««Mətbuat aynasında» adlı verilişimiz yaxın zamanlarda efirə çıxacaq»
-
«AZAL prezidenti Azərbaycanca danışa bilmirsə...»
Qulu Məhərrəmli: «Ciddi tədbirlər görülməlidir»
-
«Kaş yaratmayaydıq…»
Elçin Şıxlı: «Heydər Əliyev özü bizə razılıq vermişdi...»
-
«Penitensiar Universitet»in müstəqbəl professoru
Millətin bu günündə Qulu Məhərrəmlini tut(dur)maq istəyənlər kiminlə həmrəydir?
-
İş məhkəmə baxışına verildi
Qulu Məhərrəmlinin çıxışları AzTV rəhbərliyini «alışdırıb»
-
«Acizlikdir...»
Qulu Məhərrəmli: «AzTV-dəki kriminal barədə ölkədə danışmayan yoxdur»
Bu gün tanınmış jurnalist, 2014-cü ildən fəaliyyəti dayandırılmış «Ayna- Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlının 60 yaşı tamam olub. O, 1957-ci ilin 4 oktyabrında Bakıda məşhur yazıçı İsmayıl Şıxlının ailəsində doğulub.Modern.az saytı tanınmış jurnalistdən yubiley yaşı ilə əlaqədar müsahibə alıb.
- Elçin müəllim, bu gün yubiley yaşınızı qeyd edirsiz. 60 il əvvələ qayıdıb ötən günləri analiz edə bilirsinizmi?
- İnsanın özünü analiz etməsi bir qədər çətindir. Mənə elə gəlir ki, bu yaşıma qədər heç nə etməmişəm.
- Amma 60 rəqəmi kənardan çox böyük görünür. 60-dan sonra 100-ə yaxınlaşmaq uzaq görünmür.
- Bu o deməkdir ki, desəm 60 yaşım oldu, deməli, hər şey etmişəm. Bundan sonra heç nə etməyəcəm. Hesab edin ki, onda həyatımın üzərindən 2 yağlı xətt çəkmiş oluram. Yəni hər işimi görüb, qurtarmışam. Heç də elə deyil. Elə olsaydı, yaşamağın mənası qalmazdı. Ona görə də düşünürəm ki, heç nə etməmişəm.
- Azərbaycan jurnalistikasında tanınmış imzasınız. Amma fərqli ixtisas üzrə təhsil almısınız. Bəs necə oldu ki, jurnalistikanı seçdiniz?
- O zaman xarici dil bilənlərin sayı az idi. Əslində, o dilləri öyrənməklə özümə köməkçi bir vasitə qazanmışdım. Bu, dünyaya açılmaq üçün bir vasitə idi. Sonradan məşğul olacağım işdə yardımçı oldu. 2 tərcümə kitabım çıxdı. İngilis dilindən tərcümələr etdim. Xarici dil bilməyim mənə xeyli kömək etdi. Əcnəbi həmkarlarımla ünsiyyət qurmaqda çətinlik çəkmədim. Ona görə də, dil bilmək yaxşı haldır. Təbii ki, öncə öz dilini mükəmməl biləsən.
- «Ayna-Zerkalo» bağlanandan sonra 2 il işsiz qaldınız. Hətta belə bir ifadə də işlətmişdiniz: «Yaza bilməyəndə özümə yer tapa bilmirəm». Elçin Şıxlı 2 il ərzində bu boşluğu necə doldurdu?
- Əslində, o 2 il müddətində özümə gəlirdim, dincəlirdim. Ondan sonra hiss etdim ki, darıxıram. İngiliscə-rusca-azərbaycanca lüğət üzərində çalışdım. Daha sonra Qulu Məhərrəmli, Arif Əlliyevlə birgə jurnalistika terminləri lüğəti üzərində işlədim. Zaman keçdikcə, yaza bilməməyimi anladım. İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Arif Əliyevlə birgə məsləhətləşib belə qərara gəldik ki, ancaq müəllif yazıları şəklində Ayna.az saytını bərpa edək və etdik.
- Bilmirəm, 2 il ərzində qələminizi əlinizdən aldılar deyim, yoxsa, susum. Hər halda, 2 il ərzində mənəvi zərbə aldığınızı demək olar.
- Təbii, çətin idi. Müsahibənin əvvəlində sual verdiniz ki, 60 il əvvəli necə analiz edib qiymətləndirə bilirsiniz?. Deyim ki, insan keçdiyi yolu rahat şəkildə analiz edə bilir. Bir tərəfə çəkilirsən, əsəblərin sakit olan məqamda gördüyün işlərə, keçdiyin yola nəzər salırsan. O zaman doğru və düzgün qiymət verə bilirsən. Yaxşı olardı ki, yazı yazandan sonra onu kənara qoyub növbəti gün bir də oxuyasan. O zaman kənardan yeni gözlə oxuyanda doğruları, yanlışları daha yaxşı görə bilirsən. Ona görə də 2 il ərzində nələrisə müşahidə edə bildim.
- «Ayna-Zerrkalo»nun fəaliyyəti dayanandan sonra «məğlubiyyətin bu dərəcədə rahatlıq gətirəcəyini bilmirdim» demisiniz. Sizcə, məğlubiyyət insana həm də rahatlıq gətirir? Bunu hansı situasiyalarda müşahidə etmisiniz?
- Məğlub olursansa, hardasa yanlış addım atmısan. Bu zaman bunun nə üçün baş verdiyini düşünürsən.Amma səhv etdiyimi düşünmürəm. Məğlub olsam da, səhv etməmişdim. Özümü məğlub saymıram. Sadəcə, o məqamda qəzetin dayandırılmasını məğlubiyyət kimi qəbul etdim. Yenə də məğlub olmadım. Əgər işimi davam etdirsəydim, o zaman məğlub ola bilərdim.
- Bəzi adamlar həyatda dəyişiklik etməyə üstünlük verirlər. Bu, dəyişik xarakterdən irəli gəlir. Ya ailələrini, ya da dostlarını dəyişirlər. Nə vaxtsa həyatınızda nələrisə dəyişmək fikrinə düşmüsünüzmü?
- Şükür Allaha, xoşbəxtəm. Nə yaxşı ki, ailəm mənim ailəmdir. Çünki ən çətin məqamımda ailəmin məni meydanda tək qoyub getmək kimi fikri olmayıb. Ona görə də ailəmə, xanımıma, övladlarıma, qardaşıma borcluyam. Dostlara gəlincə isə dəyişmirəm, zamanla həyat özü dostları ələyir. 50 nəfərə dost dediyin vaxt bir də görürsən ki, çətin vəziyyətdə yoxa çıxırlar. Əsl dostlar isə qalır.
- 60 yaşınız var. Gənclik illərinizi xatırlaya bilməsəm də, hər halda, uşaqlıq, məktəb dostlarınız olub. Nədənsə, dörd dost olaraq tanınırsınız. Qulu Məhərrəmli, İbrahim Nəbioğlu, Arif Əliyev və siz. Yaş artandan sonra dostlar ələnir?
- Başqa dostlarım da var. Dediyiniz insanlar həm düşüncə, həm məslək, həm də peşə dostlarımdır. Yazılarımızdan hər şey məlumdur. Məktəb dostlarımdan bir-ikisi dünyasını dəyişib, bir neçəsi isə ölkədən gedib. Məsələ ondadır ki, o biri dostlarla hər gün görüşə bilmirik. Həyat hərəmizi bir tərəfə yönləndirib. Əslində, dostlar çox olmamalıdır.
- Son 10 il ərzində ölkəni tərk etmək haqqında düşünmüsünüz? Xüsusilə, «Ayna-Zerkalo» qəzeti bağlanandan sonra belə bir fikrə düşmüsünüz?
- Heç vaxt köklü şəkildə ölkəni tərk etmək barədə düşünməmişəm. Arada insanın beynindən «bezdim, yoruldum» kimi hallar keçir. Dəqiq deyə bilərəm ki, ölkədən harasa getsəm, ürəyim partlayar və ölərəm. Azərbaycandan uzaqda yaşaya bilmərəm.
- Tanınmış ailələrdə valideynlərin övladlara qarşı sərt mövqeyi özünü göstərir. Hətta adət etmişik ki, filan tanınmış adam, övladına digər tanınmış şəxsin qızını alacaq. Sizin ailədə necə olub?
- Bizim ailədə elə hal olmayıb. Təbii, ailələrimiz bir-birini tanıyırdı. Sadəcə olaraq, həm mənim, həm də ailələrin razılığı oldu. Həyatımdan bu nöqteyi-nəzərdən çox razıyam.
- Bir suala cavabınız çox maraqlıdır. Xalq şairi Səməd Vurğunun oğlu mərhum Vaqif Səmədoğlu vaxtilə Milli Məclisdə təmsil olunub. Rəsul Rzanın oğlu Anar AYB-nin sədri vəzifəsindədir. İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyev baş nazirin müavinidir. Amma İsmayıl Şıxlının oğlu heç bir rəsmi postda olmayıb. Maraqlıdır ki, bu vaxta kimi sizə hər hansı vəzifə təklif olunmayıb?
- Mənə vəzifə təklif olunmayıb. Bircə məsələni qeyd edə bilərəm ki, Ayaz Mütəllibovun zamanında atam gəlib dedi ki, «oğul, sənin Mərkəzi Komitədə şöbələrin birinə təyin olunmağınla bağlı vəzifə təklif ediblər. Bağışla, incimə məndən, sənin əvəzindən o vəzifədən imtina etdim». «Çox yaxşı edib, imtina etmisən ata. Vəzifə mənlik deyil» dedim.
- Bəs Milli Məclisdə deputat kimi təmsil olunmaq istəyiniz varmı?
- 20 il bundan qabaq belə bir səhv addım atmaq istədim. Onda da alınmadı. İndiki parlamentdə isə heç cür təmsil olunmaq fikrim və niyyətim yoxdur. Sözüm keçməyən yerdə təmsil olunmaq istəmirəm.