
“Maduronu Əsəd kimi qorumağa çalışacaqlar”
Elçin Şıxlı: “Azərbaycan ABŞ-a bu iki ölkəni çökdürmək üçün lazımdır”
Elçin Şıxlı: “Azərbaycan ABŞ-a bu iki ölkəni çökdürmək üçün lazımdır”
Elçin Şıxlı: «Ona görə müəyyən mənada nikbinəm, həm də nəyəsə ümid etmək lazımdır»
Elçin Şıxlı: «Separatçılara yerini göstərmək lazımdır»
Vüsalə Məmmədovanın Elçin Şıxlı ilə «Künefe Evi»ndə «50+» söhbətlər...
Elçin Şıxlı: «Bir-birimizi tərifləyib məmnun şəkildə dağılışacağıq»
Qələm adamının sükutu, bir şeyə reaksiya verməməsi susqunluq deyil …
60 yaşlı Elçin Şıxlı: «Atam mənə təklif olunan vəzifədən imtina etmişdi»
Elçin Şıxlı: «Qəzeti, saytı bağlasın və gedib başqa işlə məşğul olsun»
Elçin Şıxlı: «Heydər Əliyev özü bizə razılıq vermişdi...»
Elçin Şıxlı mətbuatdan gedir?
Əflatun Amaşov danışıqlar aparır
Elçin Şıxlıdan sərt mesaj
Elçin Şıxlıdan sərt mesaj
«Astan Şahverdiyev kimi adamlar heç bir yerdə milləti təmsil etməməlidir. Hansısa bir işi bacarırsa gedib, başını salıb o işlə məşğul olmalıdır».
Bu sözləri Sherg.az -a millət vəkili Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıları «otxot» adlandırması məsələsinə münasibət bildirərkən «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.
Onun sözlərinə görə, anlamaq lazımdır ki, deputat siyasətçidir: "Siyasətçi də ağzından çıxartdığı hər bir sözə, kəlməyə cavabdeh olmalıdır. Sözü söyləməzdən əvvəl onun mahiyyətini, mənasını dərk etməlidir. Yəni bilməlidir ki, bu söz nə üçün və kimə deyilir. Hansısa bir millət vəkili, siyasətçi, əsəbləşib xalqı təhqir edib, sonra «Əsəbiydim məni bağışlayın» deyirsə, bu qeyri- ciddi alınır. Ümumiyyətlə, bu cür adamlar heç bir yerdə milləti təmsil etməməlidir. Bu deputat azərbaycanlılara ona görə «otxot» deyir ki, onun kimi adamları üst başa keçirib, millət vəkili seçiblər. O, da bunun əvəzi olaraq, millət haqqında nə istəyir, onu da deyir. Gərək, millət özünə qiymət qoysun».
Qeyd edək ki, millət vəkili Astan Şahverdiyev bu günlərdə «Azadlıq» radiosuna verdiyi müsahibədə Rusiyada yaşayan azərbaycanlılar haqda təhqiramiz ifadə işlədib. O, qeyd edib ki, Azərbaycan cəmiyyəti haqda Rusiyada çox mənfi fikir formalaşıb: «Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin «otxodları»dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var».