
Rusiya hava sahəsi blokadada
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Moskva vəziyyəti yoluna qoymaq əvəzinə girinc olub
... Yaxud qara məni basınca, mən qaranı basım
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
Layihə çərçivəsində ilk toplantı keçirilib
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
Azərbaycan elitası dilimizə sayğısız yanaşır. Bu sözləri Sherg.az-a millət vəkili Əflatun Amaşovun «AZAL təyyarəsində bələdçilər Azərbaycan dilinə hörmətsizliklə yanaşır» iddiasına münasibət bildirərkən Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Qulu Məhərrəmli söyləyib.
Tanınmış jurnalistin sözlərinə görə, Azərbaycan dilinin qloballaşdırılması və dilçiliyin inkişafı ilə bağlı dövlət programına uyğun olaraq Azərbaycan dilinin ədəbi dilinin normaları, qayda- qanunları düzgün şəkildə təbliğ edilməlidir: «Bu səbəbdən adi küçə reklamlarından, afişaların üzərindəki yazılardan, televiziya və radio məkanına qədər sərt tələblər irəli sürülür. Bütün bunlara baxmayaraq, bu sahədə ciddi problemlərin olması təəssüfləndiricidir. Televiziyaların bəzilərində dil şurası olmasına baxmayaraq, düzgün fəaliyyət göstərmir. Azərbaycan dilinin düzgün təbliğ olunmamasının əsas səbəbi həmvətənlərimizin dilimizi sevməməsi, normalara diqqət etməyə çalışmamasıdır. Xüsusilə adını elita qoyan təbəqə dilimizə çox sayğısız yanaşır».
Q.Məhərrəmli onu da diqqətə çatdırıb ki, ciddi tələblər qoyulmasa dilin bayağılaşması prosesi sürətlənə bilər: «AZAL prezidentinin özü Azərbaycanca danışa bilmirsə, təyyarə bələdçilərindən Azərbaycan dilini düzgün işlətməsini gözləmək real deyil. Hesab edirəm ki, kəskin tələblər qoyulmasa ədəbi dil normaların riayət edilməyəcək. Bu barədə ciddi tədbirlər görülməlidir».
Qeyd edək ki, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) şikayətçi olduğunu, şirkətin təyyarəsində bələdçilərin Azərbaycan dilinə hörmətsizliklə yanaşdığını bildirib.