vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
18:09 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO, yoxsa Rusiyaya?

Gürcüstan kimə ümid edir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanda ABŞ-ın Milli-Demokratik İnstitutu (MDİ) tərəfindən keçirilmiş sorğunun nəticələri birmənalı olmayıb. Bunu virtualaz.org-un Gürcüstandakı xüsusi müxbiri xəbər verib.

Məlum olub ki, sorğuda iştirak edənlərin dörddə birindən də az hissəsi Gürcüstanın gələcəyini NATO ilə bağladıqlarını bildiriblər. 13 faiz rəyi soruşulanlar isə əmindirlər ki, təhlükəsizlik məsələlərində Rusiyaya bel bağlamaq daha etibarlıdır.

Sorğuda iştirak etmiş 4000 nəfərin 77 faizi Gürcüstanın Avropa İttifaqına daxil olmasının tərəfdarıdır. 20 faiz isə ölkəni Avrasiya İttifaqında görmək istədiyini bildirib.

«Gürcüstanda hazırda iqtisadi vəziyyət necədir?» sualına cəmi 1 faiz iştirakçı «çox yaxşı» cavabını verib. Sorğuda iştirak edənlərin, demək olar ki, yarısının fikrincə, vəziyyət bundan da pis ola bilməzdi.

Əksəriyyət düşünür ki. ölkə hökumətinin xarici siyasəti qərbyönümlü olmalıdır. 16 faiz isə Rusiya istiqamətini daha üstün tutur.