3824 azərbaycanlı axtarılır
1200 fərdi, 59 kütləvi məzar tapılıb
Ağa AKİFOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Süni əngəllərlə boğulan Naxçıvan
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
-
Dərə xəlvət olanda ...
... Yaxud “Muxtarlıq”ın xanədanı
-
Naxçıvanda həbslər başladı
132 milyon dövlət vəsaiti mənimsənilib
-
Kəşfiyyat-pozuculuq
İran Azərbaycana qarşı iş aparır
-
“Həddini aşana yer ver, əlinə bel”
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
-
Naxçıvanda nə baş verir?
Yoxlamalar, yasaq, nəzarət ...
-
DTX polkovniklə bağlı araşdırma aparır
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
-
Naxçıvan gömrüyündə əməliyyat
DTX istintaq aparır, həbslər var
-
İrana səfər etməyin!
Qondarma ittihamla həbs edə bilərlər ...
-
Bataqlıq böyüyür ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
-
Casusların yazışmaları istənilib
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
-
İranın daha bir casus şəbəkəsi ifşa olunub
DTX rəsmi açıqlama yaydı
-
Kameralar da izlənilirdi
Müharibə dövründə Azərbaycanın ələ keçirilən Ermənistana aid internet resurslarının siyahısı açıqlandı
-
Düşmən özü tələyə düşdü
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
-
Telefon rabitəsi, bank sistemi işləmədi
DTX separatçıların Xankəndidəki mobil-rabitə provayderini necə çökdürdü?
-
Generalın ən yüksək mükafatı...
Onu müharibə tanıtdı, yoxsa?...
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevin göstərişinə uyğun olaraq, itkin düşmüş, əsir-girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və işdə tətbiqi üçün Xorvatiyanın analoji qurumu ilə əlaqələr yaradılıb.
Bu barədə Modern.az-a Komissiyadan məlumat verilib.
Məlumata görə, bununla bağlı İşçi qrupunun əməkdaşları Xorvatiyaya ezam olunublar.
Nümayəndə heyəti Xorvatiyanın veteranlar nazirinin müavini, İtkin düşmüş və saxlanılan şəxslərin işi üzrə Dövlət Komissiyasının sədri Stjepan Suçiçlə görüşüb.
S.Suçiç Yuqoslaviyanın parçalanması nəticəsində regionda baş verən etnik münaqişələrinin səbəbləri və doğurduğu humanitar problemlər, xorvat xalqına qarşı törədilən müharibə cinayətləri haqqında məlumat verib. O qeyd edib ki, 1991-1995-ci illərdə Xorvatiyada 56 dəfə əsir-girovların dəyişdirilməsi prosesi həyata keçirilib və 7666 nəfər azad edilib. Ümumilikdə 149 kütləvi, 1200 fərdi məzar yeri tapılıb, 5059 insanın qalığı ekshumasiya edilib, onlardan 81.5 faizi identifikasiya edilərək şəxsiyyəti müəyyən olunub. Eyni zamanda, II Dünya müharibəsində həlak olan insanlarla bağlı 59 kütləvi məzar yeri müəyyənləşdirilib, 998 insanın qalıqları ekshumasiya edilib, onlardan 773 nəfərinin qalıqları dəfn olunub.
Sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçı qrupu rəhbərinin müavini Eldar Səmədov görüş iştirakçılarına Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və yaranma səbəbləri, erməni Silahlı Qüvvələri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən terror, etnik təmizləmə, soyqırım, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüququ normalarının pozulması siyasəti haqqında ətraflı məlumat verib.
İştirakçılarının diqqətinə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamədə işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması tələb edilsə də, ərazimizin böyük bir hissəsi hələ də Ermənistan silahlı birləşmələrinin işğalı altında qalmaqdadır.
O vurğulayıb ki, Dövlət Komissiyası 1993-cü ildə yaradılıb və həmin ildən etibarən əsir-girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı işində iştirak etmiş və bu sahədə mərkəzləşmiş siyasəti həyata keçirib: «Azərbaycan daim humanitar məsələlərin həllində konstruktiv mövqe tutub, ölkə vətəndaşları ilə yanaşı, erməni milliyyətindən olan şəxslərin də işi ilə məşğul olub, onların öz ailələrinə qaytarılmasını təmin edib. Münaqişəni başlayan Ermənistan isə bir qayda olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirib, humanitar məsələni siyasiləşdirməyə çalışıb».
E.Səmədov buna misal olaraq 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Kəlbəcər rayonu ərazisinə gedən vətəndaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni silahlı birləşmələri tərəfindən girov götürülməsi, Həsən Həsənovun isə qətlə yetirilməsi faktını göstərib.
Daha sonra E.Səmədov Dövlət Komissiyasının fəaliyyəti
haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, münaqişə
müddətində 6 minə yaxın insan itkin düşüb, əsir-girov götürülüb. 1437 nəfər
əsir-girovluqdan azad edilsə də, hazırda 3824 nəfər Azərbaycan vətəndaşı Dövlət
Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İtkin düşən şəxslərin
axtarışı istiqamətində Dövlət Komissiyasının bir sıra beynəlxalq təşkilatlarla,
əsasən də Beynəlxalq Qızıl Xaş Komitəsi ilə yaxından əməkdaşlıq etdiyi qeyd
olunub.
E.Səmədov diqqətə çatdırıb ki, beynəlxalq hüquq normalarının kobud şəkildə
pozulması və Azərbaycan ərazilərinin işğal altında saxlanılması Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin və onun yaratdığı humanitar nəticələrin həll edilməsinin
qarşısında ən böyük maneə olmaqla yanaşı, itkin düşmüş şəxslərin axtarışı sahəsinə
ciddi əngəllər yaradır.
E.Səmədov Dövlət Komissiyasının sədri Mədət Quliyevin adından Veteranlar nazirinin müavini, İtkin düşmüş və saxlanılan şəxslərin işi üzrə Dövlət Komissiyanın sədri Stjepan Suçiçi və Xorvatiya Respublikasının nümayəndə heyətini Azərbaycana dəvət edib.
Sonda Azərbaycan nümayəndə heyəti tərəfindən gətirilən kitablar və digər vəsaitlər Stjepan Suçiçə təqdim edilib.