vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
23:53 | 8 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmən özü tələyə düşdü

DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?

MÖVZU İLƏ ƏLAQƏLİ

Vətən müharibəsinin ilk günlərində Ermənistanın Gorusda yerləşən Birinci ordu korpusu, bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları və Hadrut diviziyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün bir plan qurmuşdu. Hətta Ermənistanın ordu komandanlığı siyasi rəhbərliyi əmin etmişdi ki, qurulan tələ ilə onlar bir neçə gün ərzində Azərbaycan Ordusu üzərində böyük qələbə qazanacaqlar. Ancaq Dövlət Təhlükəsizliyi Xidməti bunun qarşısını yüksək peşəkarlıqla alıb.

Həmin məlumatlar “Xəzər Media Mərkəzi” tərəfindən çəkilən “Qartal Zirvədə” adlı sənədli filmdə açıqlanıb.

Filmdə DTX mənsubu deyib ki, adıçəkilən 3 qurum tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin 3 briqadadan ibarət bölmələrinin pusquya salınması ilə bağlı plan qurulmuşdu. Plana əsasən, hərbçilərimiz Araz çayı boyunca irəliyə buraxılmalıymış və onların 3 istiqamətdən, əsasən, Horadiz tərəfdən arxa təminat yolu bağlanmalıymış. Beləliklə, hərbçilərimiz mühasirəyə salınmalıymış: “Bunun da əsas məqsədi irəliləmənin qarşısını almaq və bizim bölmələri İran istiqamətinə sıxışdırmaq idi. Ancaq bu plan əvvəlcədən ifşa olundu və məlumatlar rəhbərliyə məruz edildi. Əks tədbirlər nəticəsində düşmənin özü bu vəziyyətə salındı və mühasirəyə alınaraq darmadağın edildi”.