vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
19:35 | 10 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 3190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bağça uşaqlarına namaz təbliğ edilir

Məqsəd nədir?

Afət TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Allahın bəndəsi namazda Allaha yaxın olur. Bu müdriklərdən gələn bir kəlamdır. Hər bir inanclının namaz qılması da bir şərtdir. Amma bu insanın neçə yaşında namaza başlamasını kölgədə qoymamalıdır. Həddi-buluğa çatan şəxs namaz qılmalıdır. Həddi-buluğ dövrünün başlanğıcı oğlanlar üçün 12, qızlar üçün 9 yaş götürülür. Sözümün «Mustafa»sı var. Bağça uşaqlarına keçirilən dərs vəsaitində uşaqlar arasında namaz təbliğatının aparılması xəbəri bu yazını yazma səbəbim oldu. Bağça yaşlı uşaqlara “N” hərfi öyrədilir. Bu hərflə başlanan misallar arasında uşağın namaz qılması göstərilir. Tək sözlə yox, həm də fotofaktla. Halbuki «N» hərfi ilə uşağın başa düşüb, hafizəsində saxlaya biləcəyi o qədər söz, cümlə demək olar ki. Nar dərdim nənəmə verdim. Uşağın ən sevimli saydığı meyvə və sevimli nənə kəlməsi bir arada. Yox elə zənn etməyin ki, mən namaz qılmanın əleyhinə təbliğat aparıram. Əsla heç vaxt belə bir fikirdə olmamışam. Sadəcə demək istədiyim odur ki, uşaqlara erkən yaşda hərf öyrətmək lazımdır hərf.

Azərbaycan dövlətinin konstitusion əsaslarına zidd olan bu kitablara kim rəy verir, kimin yoxlamasından keçir? Məqsəd nədir? və sair və ilaxır suallar da verə bilərəm. Onu da sual verə bilərəm ki, mən oxuduğum təhsil sistemində belə təbliğatlar aparılmırdı axı? Bu isə o demək deyildi ki, mən və mənim yaşıdlarım zaman ötdükcə, həddi-buluğa yetdikcə namazın nə demək olduğundan xəbərsiz qalırdılar. Sadəcə hər şeyin öz vaxtı, vədəsi var. Dərs vəsaitlərində uşaqlara namaz qılmanı təbliğ etmə yolverilməzdir. Namazdan danışarkən, namaz haqda bir hekayə yadıma düşdü. Bir kişi yuxuda öldüyünü görür. O dünyada sorğu-sual edilir. Nəhayət, ona sən cəhənnəmliksən sözü deyilir. O da qışqıraraq: «Mən necə cəhənnəmlik ola bilərəm? Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam. Namaz qılmışam. Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri xilas etməyəcəkmi?» sualını verib. Əl qərəz onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətiriblər. Alovların içərisinə doğru atılanda nurani bir qoca onu yuxarıya doğru qaldırıb. Siz kimsiniz? sualına mən sənin namazlarınam cavabı verilib. Bəs məni xilas etməyə niyə bu qədər gec gəldin? Lap son anda çatdın. Az qalmışdı alovların içinə düşəm. Qoca isə başını yelləyib sən məni həmişə axıra saxlayırdın xatırladınmı?! Deyir. Gözlərini açdığı zaman o bunun yuxu olduğunu görür. Tez qalxıb namazını qılmağa hazırlaşıb. Yəni ki, namazı vaxtında qılmaq gərəkdir. Uşaqları vaxtından əvvəl namaza çağırmaq yox.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)