vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
17:54 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 693 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rus hakerlər Klintonu hədəfə alıb

Demokratların namizədinin kampaniyası FTB-ni «ikili standartlarda» ittiham edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezidentliyə namizəd Hilari Klintonun kampaniyası Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komeyi namizədin e-mail istifadəsi ilə bağlı yeni təhqiqatda «açıq-aşkar ikili standartlarda» ittiham edib.

Kampaniya şərhi ABŞ kütləvi informasiya vasitələrinin C.Komeyin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, o cümlədən e-maillərə haker hücumuna görə ictimai ittiham edilməsinə qarşı olması ilə bağlı xəbərlərindən sonra verib.

Məlumata görə, C. Komeyin narahatlığı informasiyanın məhz seçkilərin yaxınlaşdığı vaxtda yayılması ilə bağlıdır.

Federal Təhqiqatlar Bürosu BBC-ə şərh verməkdən imtina edib.

C. Komeyin imzalamaqdan imtina etdiyi bildirilən bəyanat, oktyabrın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Milli Kəşfiyyat Direktoru İdarəsi tərəfindən yayımlanıb.

«ABŞ kəşfiyyat ictimaiyyəti əmindir ki, Rusiya hökuməti ABŞ şəxsləri və təşkilatları, o cümlədən, ABŞ siyasi təşkilatları tərəfindən göndərilmiş məktubların son kompromislərini idarə edib… bu oğurluqlar və ifşa olunmalar ABŞ seçki prosesinə müdaxilə etmək üçün nəzərdə tutulub,» bəyanatda bildirib.

C. Komey bəyanatla razılaşıb, lakin seçkilərdən əvvəl ictimailəşdirilməsini istəməyib. ABŞ kütləvi informasiya vasitələri məlumat verir.

İddialar var ki, rus hakerlər seçki nəticələrini Donald Trampın xeyrinə dəyişmək üçün Demokratları hədəfləyib.

Klintonun seçki kampaniyasının meneceri, Robbi Muk təqdimat-məruzəsində Komeyi Hilari Klintonun tərəfdarlarına tətbiq etdiyi standartları Donald Trampın tərəfdarlarına da tətbiq etməyə çağırıb.

C. Komey cümə günü seçkilərə 11 gün qalmış FTB-nin xanım Klintonun şəxsi elektron poçt serveri ilə bağlı araşdırması ilə əlaqəli olduğu ehtimal edilən yeni elektron məktubları araşdırdığını élan etdikdən sonra sərt reaksiy ilə üzləşib.

Klintonun vəkilləri Dövlət Departamentinə 30 min işlə əlaqəli e-mail təqdim edib. Ancaq onun kampaniyası daha 33 min mesajı silib. Onlar bildirir ki, silinən e-maillər şəxsi xaraker daşıyıb.

C. Komey iyul ayında xanım Klintonun məxfi informasiyanın öhdəsindən gəlməkdə «son dərəcə ehtiyatsız» olduğunu deyib. O, heç bir ittiham üçün əsas olmadığını da qeyd edib.

Lakin cümə günü, o, Konqresə bildirib ki, əvvəlki sorğusuna «münasib» ola biləcək təzə məktublar barədə öyrənib və FTB araşdırması yenidən başlayıb.

Ayrıca istintaqda müəyyən edilən son məktublarda Şimali Karolinada sabiq konqresmen Antoni Veynerin 15 yaşlı qıza qanunsuz mesaj göndərdiyi bildirilir.

Bazar ertəsi Tramp bildirib ki, FTB itkin düşmüş məktubların mənbəyini tapacaq. Tramp ümid edib ki, Demokrat namizədin 33 min silinmiş e-maili bərpa ediləcək.

Xanım Klinton mitinqdə gizlətməyə heç nəyinin olmadığını bildirib.

C. Komey və Baş Prokuror Loretta Linç qeyd ediblər ki, onlar yeni tapılmış elektron məktublar üzərində cəld işləyirlər.

Bundan əvvəl Prezident Barak Obamanın mətbuat katibi bildirib ki, prezident C. Komey-in bəyənatı ilə gizlicə seçkilərə təsir göstərmək istədiyindən şübhələnmir. Onun sözlərinə görə, Ağ Ev FTB qərarını nə müdafiə edəcək, nə də tənqid edəcək.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.