vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
17:57 | 4 may 2013 | Şənbə Məqaləyə 3074 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sükuta salam verəndə»

Qurban YAQUBOĞLU

Neçə müddətdi Mikayıl Rəfilinin o nagahan misrası xatirimdən çıxmaq bilmir ki bilmir. Həmin şeir 30-cu illərin repressiyası dövründə, səhv eləmirəmsə, 1937-ci, bəlkə də, 38-ci ildə yazılıb. Heyf, o kiçik şeiri tam xatırlaya bilmədim, internetdə axtardım, tapılmadı. İntihar fikrinə düşmüş şair şeirin sonunda belə deyir: “Ah, yenə mən təxirə saldım vida konsertimi...”

O illərin kölgəli ağrısını, ölüm qoxulu dramatizmini hansı şairin hansı misrası bu qədər sərrast ifadə edib?
Şeirlər bəzən bu sayaq doğulur, səs eləmədən, təmənnasız həyat sürür. Arayıb-axtaranı, narahat eləyəni olmasa heç yerdə gözə dəymir. Bəlkə, kiminsə qəflətən yaddaşına qayıdıb öz varlığını, diriliyini xatırladıb yenidən geriyə - sükut dolu keçmişinə çəkilir. 
İndi əlimin yanında olan kitabdakı şeirlər ötən əsrdə yazılmayıb, müəllifi də elə mənimlə həmtaydı - keçən əsrin 60-cı illərinin sonunda anadan olub. Dəyanət Osmanlının “İlk... Və... Son...” kitabı 2009-cu ildə çapdan çıxıb. İndi bu tarixlərin şeirlərə heç bir xüsusi aidiyyəti yoxdu.
Hətta Mikayıl Rəfili analogiyası da bir təsadüfdü. Yalnız bir məqamı çıxmaqla: Hər iki şairin şeirlərini təmənnasız bir tale birləşdirir. Bu şeirlər qışqırmır, oxucu çağırmır, əl eləmir, təpik atmır. 
Bu kitab öz varlığını cildindən göstərməklə bəsinir, iddiasını isə vərəqlərdə gizlədir. Siz əgər şeir oxucususunuzsa, bu qəribə kitabı açıb istənilən yerindən oxumağa başlayın; heç “ilk və son”u da bəlirləyə bilməyəcəksiz.
İndicə dedim, qəribə kitabdı, təmənnasızdı, amma maraqlıdı.
Mən də eləcənə kitabın cildini qaldırdım - kiçicik bir sandığın qapağı kimi, ilk şeirin sonu çıxdı qarşıma:
Əlvida, əlvida istəklilər,
Ürəyimdə olsanız da.
Xatirələrin şəkli
Bu boyda, bu boyda - cırılmış...
Başqa bir şeiri belə başlayır Dəyanətin:
Hər gün 
uzaq bir vadiyə tələsirəm.
Orda 
Azadlıq qəzaya düşüb.
Şeirin davamı da var, amma bu dörd sərbəst misra da az demir. Bəlkə də, hər şeyi deyib bitirir; sona çatdırır yəni. Dəyanət atasının məzarına bir şeir yazıb. Onu bura bütöv  köçürürəm:
Borçalıda 
köhnə bir məzarlıqda
atam Osmanın 
balaca çəmənə bənzəyən sinə torpağında
bahar gecikmiş kimi açıldı.
Qardaşımın əkdiyi
mixəyin qoxusunda,
nərgizlərin sarısında
və çiyələk kolunun dibində
bacılarımın göz yaşı.
Bu balaca çəmən
başı üstündən bulud ustufca ötəndə
diksinib çiçəyini tökər.
Bu göyün altında, bir məzarın qarşısında bir nəslin, bir ailənin ağrısını, kədərini kim belə incəliklə rəsm eləyə bilər?
Yağışın, küləyin, sözün
sükuta döndərdiyi 
adam mənəm.
Kitabın sonuncu şeiri belə başlayır... Siz o sükuta salam da verə bilərsiz. Hətta yanından sakitcə ötüb keçərsiz də. Amma yadınıza düşəndə xatirinizdən çıxmayacaq. Yüz faiz!

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)