vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
17:49 | 19 yanvar 2013 | Şənbə Məqaləyə 3414 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qiyamət «hallüsinasiya»sı»

Qurban YAQUBOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dini rəvayətlərin xülasəsi dünyanın sonundan qabaq qəribə hadisələrin baş verəcəyini söyləyir. “21 dekabr” həyəcanı ərəfəsində rastıma çıxan bir neçə ardıcıl əcaib hadisəni yazmayana qədər özümü rahat hiss etməyəcəyimi düşünürəm. Onda başlayaq...

Marşrut avtobusunda böyründə əyləşdiyim adamın hər iki oturacağı özününkü saymaq qədərində və ondan da artıq yayxanması məni həmişə əsəbiləşdirir. Dekabrın 18-i axşamı yanaşı oturduğum gənc qəflətən - özü də mən avtobusdan düşənə yaxın - ilan kimi qıvrılıb dikəldi. Beləsi olmamışdı... Sanki məni skamyadan vurub çıxarmaq istəyirdi. Gözləri guya “daha bütün nəzakət qaydalarına tüpürmək olar” mənasında parıldayırdı...
Təmkinimi pozmadan bir neçə dəqiqə dözdüm, dayanacağa yaxınlaşan kimi tez ayağa qalxdım.
***
Ertəsi gün, dekabrın 19-u axşamı mindiyim avtobusda adam seyrək idi. Birinci dəfəydi salonda bu qədər az adam gözə dəyirdi - yarıqaranlıq salon ürək sıxırdı. 79 nömrəli avtobusa Təzə Bazarın yanında iki sərxoş kişi mindi. Sərxoş olduqları qədər də ayıq davranırdılar. Üzlərinin mimikası, jestləri bəzən çox dəqiqləşirdi, sanki onlar bilərəkdən özlərini sərxoş kimi göstərirdilər.
Bəlkə araq stolundan çoxdan ayrılmışdılar, indi ayılmaq ərəfəsiydi; onları da əsəbiləşdirən buydu.
Hər nəsə, sərxoş olmaqdan çox acıqlıydılar, söyüş söyürdülər. Doğrusu, uzun illər, lap 90-ların ən qarışıq zamanlarında, sutkanın müxtəlif vaxtlarında ictimai nəqliyyatdan istifadə eləmişəm, heç belə adamlarla rastlaşmamışam. Şəhərin harasındansa, bəlkə də, yerin altından çıxmışdılar. Özlərini həyasız aparırdılar - “həyasız” sözünü birbaşa mənada oxuyun, söyüş kimi yox əsla.
Yanaşı oturmuş gənc oğlanla qıza sataşdılar. Biri söz soruşmaq bəhanəsilə əlini qıza sarı uzatdı və ona toxundu. Qızışmaqda olan mübahisə ürkək-ürkək kirpiklərini qırpan oğlanın qızı da götürüb avtobusdan düşməsiylə yatdı. Ancaq sərxoşlardan biri mübahisənin davam eləməsində maraqlıydı. Bu, aydın sezilirdi.
Salonda adam azıydı, əksəriyyəti də qadın. Doğrusu, səsimi çıxarmaq istədim, amma sərxoşlardan biri tez-tez əlini cibinə atırdı. Orda nə ola bilərdi? Bıçaq, tapança?.. Namərd adamlarıydılar. 
Az sonra avtobusa əlində böyük bir gül dəstəsi tutmuş polis mindi, mən onun qolundakı emblemə də baxdım. Çevik Polis Alayının serjantıydı. Şuluq kişilər növbəti dayanacaqda itələşə-itələşə düşdülər. 
*** 
Üçüncü hadisəyə dekabrın 20-də, səhər-səhər işə gələndə şahid oldum. Belə əhvalatlar eşitmişəm, digəl ilk dəfə gözümün qarşısında baş verdi. Qəflətən 17-18 yaşlı ağbəniz bir qız: “Buna bax, buna bax, əclaf mənə toxunur!” deyib qışqırdı. Arxasında qarayanız cavan oğlan durmuşdu. Bütün avtobus oğlana baxdı. Yer-yerdən səsləşdilər. Arxa qapının ağzından bir kişi guruldadı:
- Mən o oğlanı tanıyıram, çox tərbiyəli uşaqdı!
Etirazlar, söyüşlər, iradlar deyildi, hədələr eşidildi. Qız da sakitləşmək bilmirdi, hey qışqırıb ağlayırdı. Oğlan avtobusdan düşənə kimi həmin kişi təmkinlə, inandıra-inandıra onu müdafiə elədi. Heç kəsi vecinə almadı, skamya boşalan kimi qadınlara təklif eləmədən nümayişkaranə oturub burnunu dik tutdu.
Kişinin oğlanı tanıyıb-tanımadığı şübhəsi bir müddət məni məşğul elədi. Çox güman, onlar heç tanış deyildilər.
...Ola bilsin, belə anormal hadisələr tez-tez olur. Sadəcə, adam diqqət eləməyəndə, ətrafa həssas olmayanda görə bilmir. Görəndə də əhəmiyyət vermir. Halbuki müdhiş olayların ardı-arası kəsilmir.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)