20 faizi bağlamaq üçün 20 dəqiqəlik söhbət
Putin azərbaycanlı oliqarxı maşınına çağırıb nə danışdı?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Kreml Rusiyanın dövlət büdcəsinin «deşiyini» yamamaq üçün iri oliqarxları «tərlədir». Virtualaz.org xəbər verir ki, büdcədə bəyan edilmiş hər beş rubldan birinin mövcud olmadığı, yəni büdcə kəsirinin 20 faizə çatdığı bir vaxtda Rusiyanın iri özəl neft şirkətləri zor-xoş bu kəsirin yamanmasına cəlb olunacaq. Büdcə kəsirini yamamaq üçün tərləməyə namizəd oliqarxlardan biri də azərbaycanlı milyarder, «Lukoil» prezidenti Vahid Ələkbərovdur.
«Vedemosti» xəbər verir ki, özəl neft şirkətlərində toplanmış pul ehtiyatları «Rosneft» dövlət şirkətinin özəlləşdirilməsi yolu ilə büdcəyə daxil ola bilər. Kreml «Rosneft»in səhmlərinin bir hissəsini özəlləşdirməyə çıxarmağa hazırlaşır. Məlumata görə prezident Vladimir Putin şirkətin səhmlərinin 19.5 faizini 700 milyard rubla (11 milyard dollara yaxın) almağı Vahid Ələkbərova təklif edib. Qəzet yazır ki, Putin oktyabrın 31-də Xəzərin şimal hissəsində, Həştərxan yaxınlığında «Lukoil»un aktivlərinə daxil olan Filanovski adına neft yatağının istismarının başlaması münasibətilə keçirilən mərasimdə Vahid Ələkbərovu maşınına çağırıb və bu təklifi şəxsən ona çatdırıb. Bu haqda Kremlə yaxın mənbələr bildirib.
Mənbənin sözlərinə görə, Putin azərbaycanlı oliqarxla maşında 20 dəqiqəyə yaxın söhbət edib. Ancaq söhbət zamanı Ələkbərovun Putinin təklifinə necə reaksiya verdiyi məlum deyil. Bundan əvvəl V.Ələkbərov demişdi ki, «Lukoil» «Rosneft»in səhmlərinin özəlləşdirilməsində iştirak etməyi planlaşdırmır.
Lakin «Lukoil»un balansında bu ilin iyul ayına olan vəziyyətə görə 5.4 milyard dollar pul vəsaiti var. Bu, indiki məzənnə ilə 340 milyard rubldur, yəni hökumətin büdcəni yamamaq üçün axtardığı vəsaitin yarısıdır.
«Vedemosti» yazır ki, növbədə öz hesabında 30 milyard dollar saxlayan «Surqutnefteqaz» şirkətidir. Bu şirkət 10 ildən çox öz sahiblərini gizlədir, onun səhmlərinin kimə məxsus olduğu hələ də sirr olaraq qalır. «Surqutnefteqaz» 90-cı illərin ortalarında özəlləşdirilib, direktoru elə o vaxtdan Vladimir Boqdanovdur.
Lakin bir neçə il əvvəl Boqdanov özü «Financial Times»ə bildirmişdi ki, şirkətin səhmlərinin cəmi 2 faizi ondadır, qalanların kimə məxsus olduğunu bilmir. Hərçənd ki, «Surqutnefteqaz» Rusiyanın ən varlı və maliyyə vəziyyəti ən sabit olan neft şirkətidir. Lakin o da «Rosneft»in özəlləşdirilməsində iştirak etmək istəmir.
Hökumətdəki mənbə isə TASS-a bildirib ki, əgər neft bahalaşmasa büdcə kəsirini doldurmaq üçün 700 milyard rubl da kifayət etməyəcək. Ona görə də hökumət bu il «Rosneft»İn 19.5 faizini sata bilsə gələn il daha 10 faizini sata bilər.