vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
10:40 | 19 noyabr 2016 | Şənbə Məqaləyə 1794 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya super güc yox, super problemdir»

Litva Kremlin NATO üzərinə hərəkətə keçməsi haqda xəbərdarlıq edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Litva xəbərdarlıq edib ki, Donald Tramp ABŞ prezidenti olmasından bir neçə həftə əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nu sınaqdan keçirə bilər. Xarici İşlər naziri Linas Linkeviçyus deyib ki, o Baltikyanı dövlətlər və Suriyanın Hələb şəhəri üçün «çox qorxur».

Vaxtilə Sovetlər Birliyinin tərkibində olan Litva indi həm NATO, həm də Avropa İttifaqı üzvüdür. Ölkənin Rusiya ilə birbaşa quru sərhədi var.

Burda əsas narahatlıq ondan ibarətdir ki, ABŞ Rusiyanı potensial tərəfdaş kimi görmək istəyir və rəsmi Moskvanın hərbi təhlükəsi ilə bağlı Qərbi Avropanın baxışlarını bölüşməyə həvəsli deyil.

Litva xarici işlər naziri BBC-yə müsahibəsində deyib: «Rusiya super güc deyil, o super problemdir.»

Rusiya isə təkid edir ki, bu, təhlükə deyil və NATO-nu qərbdə, Rusiya sərhədlərinə hərbi qüvvələri yeridərək regional təzyiq yaratmaqda məsul olduğunu iddia edir.

Cənab Linkeviçyus deyib ki, seçilmiş prezident Donald Trampın yanvarda baş tutacaq inaqurasiyasına qədər olan zaman kəsiyini cənab Putin tərəfindən Qərb alyansının diplomatik qətiyyətini və hərbi hazırlıq səviyyəsini yoxlamaq üçün bir şans kimi görmə təhlükəsi var.

«Yeni rəhbərlik yanvarın ikinci yarısına qədər hakimiyyətə gəlmir», o deyib. «Mən bu zaman kəsiyinə yalnız onların bizə yaxın olduğuna görə qorxu və ya narahatlıq keçirmirəm, həm də ümid edirəm ki, o vaxta qədər Hələb şəhəri yer üzündən silinməyəcək».

Litva rəsmi Moskvanın Kalininqraddakı hərbi bazasını yenidən təchiz etməsini və gücləndirməsini həyəcan siqnalı kimi qeyd edir.

25 il bundan əvvəl, Vilnüsdə baş qaldıran sülh mitinqini dağıtmaq üçün Moskva ora öz tanklarını yeritmişdi.

Avropada isə söhbətlər gedir ki, Donald Tramp kontingentin siyasəti ilə bağlı «təlim» edilməyə ehtiyacı var. Lakin Litva rəsmiləri daha nəzakətli davranıb və bildiriblər ki, onlar cənab Trampın tezliklə öz administrasiyasını yaradacağına və Rusiyanı potensial tərəfdaşdan daha çox təhlükə olması fikirlərini bölüşəcəyinə ümid edirlər.