vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QƏZA, FACİƏ  
22:50 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 2169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ayağı sürüşərək yıxılıb

Vidadi Quliyevin faciəvi ölümünün təfərrüatları məlum olub

Emil MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ARDNŞ-in mətbuat xidməti rəhbərinin enerji blokundan yıxılaraq dünyasını dəyişmiş qardaşı Vidadi Quliyev barədə qohumlarından bəzi məlumatlar əldə etmişik.

Belə ki, Vidadi Quliyev Şirvan Elektrik Stansiyasında növbə rəisi işləyirmiş, ali təhsilli mühəndisdir, Qarabağ müharibəsi iştirakçısıdır.

Hadisə stansiyanın 5-ci blokunun işə salınmasına hazırlıq mərhələsində baş verib. Prosesdə iştirak edən növbə rəisi Vidadi Quliyevin ayağı sürüşərək pilləkənlərdən yıxılıb.

Xatırladaq ki, bu gün günorta saatlarında Şirvan Elektrik Stansiyasının 52 yaşlı əməkdaşı Quliyev Vidadi Mustafa oğlu hündürlükdə, enerji blokunda işləyərkən yıxılaraq hadisə yerindəcə dünyasını dünyasını dəyişib.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, iş başında dünyasını dəyişmiş Vidadi Quliyev ARDNŞ-in Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin qardaşıdır.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarında araşdırmalara başlanılıb.