vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
23:01 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 2800 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin ofisində viaqra tapılıb

Cənubi Koreyadakı korrupsiya qalmaqalına «Samsung»un da adı qarışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreya prezidenti Park Geun-hye ətrafındakı qalmaqal onun ofisində viaqra dərmanı aşkar edildikdən sonra gözlənilməş şəkildə gərginləşib.

Dövlət orqanları adətən ereksiya problemlərinin müalicəsində istifadə edilən dərmanı xanım Parka qarşı korrupsiya iddialarını araşdırdıqları vaxtı aşkar ediblər.

Hökumət deyib ki, «viagra»nı yüksəklikdə ürək bulanmasının qarşısını almaq üçün alıb.

Cənubi koreyalı lider qərarlarına yaxın dostu Çoi Sun-sil tərəfindən təsir edilməsinə imkan verməkdə günahlandırılır.

Prezident Administrasiyası deyib ki, 364 viaqra və ona bənzər digər həbləri şərqi Afrikaya rəsmi səfərlər zamanı yüksəklikdə ürək bulanmasının qarşısını almaq üçün alıb, amma dərmanlardan istifadə edilməyib.

BBC-dən Stefan Evans deyib ki, viaqra dərmanının aşkar olunması prezidenti koreyalılardan daha da uzaqlaşdıracaq. Onların çoxu xanım Parkın «fərqli bir dünyada» yaşadığını düşünürlər, və bu isə onun istefaya getməsinə təzyiqi daha da yüksəldəcək.

Hətta artıq bəzi şayiələrə görə xanım Park dostu xanım Çoi ilə birlikdə qeyri-adi dini mərasimlərə qatılıb.

Xanım Choi uzun zamandır ki, xanım Park-ın dostudur və qeyri-ənənəvi dini lider Çoi Tae-minin qızıdır. Keçmişdə Çoi Tae-min xanım Park-ın atası, sabiq prezident Park Çung-hi ilə yaxın münasibəti olub.

 

Viaqra və yüksəklikdə ürək bulanması?

 

Viaqranın aşkar edilməsi stenokardiyanın müalicəsi üçün sınaqdan keçirilən UK92480 adlı dərmanın nəticəsidir.

Bu dərman stenokardiyanı müalicə etməkdə uğursuz olsa da, elmi sınaq zamanı dərmanı istifadə edən şəxslər gözlənilməz yan təsirinə şahid oldurlar - çoxlu ereksiyalar. Alimlər əlavə sınaqlar keçirərək dərmanın ereksiya problemlərinin müalicəsində təsirli olduğunu aşkar etdilər.

Penis və ağ ciyər arasındakı bioloji oxşarlığa görə, alimlər dərmanın həm də yüksək qan təzyiqinə qarşı təsirli olduğunu aşkar ediblər.

Yüksəklikdə oksigen azlığı ağ ciyərdə qan təzyiqinin artıra bilər və bəzi hallarda bu ölümlə nəticələnə bilər.

Viaqra yüksək qan təzyiqi azaldaraq oksigenin qanda daşınmasına kömək edir.

Eyni zamanda Cənubi Koreya dövlət orqanları prezidentlə bağlı korrupsiya araşdırması nəticəsində «Samsung» şirkətinin ofisi və ölkənin milli pensiya fondunda reyd keçiriblər.

«Yonhap» xəbər agentliyinin məlumatına görə, onlar pensiya fondunun «Samsung»un şirkət birləşməsinə dəstək verməsi üçün prezident Park Geun-Hye-dan təzyiqə məruz qaldığı iddiasını araşdırır.

«Yonhap»ın dediklərinə görə, iddia edilir ki, dəstək əvəzində «Samsung», xanım Park-ın yaxın dostu Çoi Sun-sil-ə maliyyə imtiyazları verib.

Bu korrupsiya iddiaları araşdırması ilə bağlı «Samsunga» ilk reyd deyil.

Çərşənbə günü həyata keçirilmiş reyd, «Samsung»un tikinti filialı «Samsung C&T» və «Cheil İndustries» təşkilatının keçən ilki birləşməsi ilə əlaqədardır.

Artıq həftələrlə on minlərlə etirazçı Seul-un mərkəzində toplanaraq xanım Park-ın istefasını tələb edir, amma prezident bu çağırışlara hələ məhəl qoymayıb.