

Avropaya qaz ixracında ...
Qırğızıstanın müstəqilliyinə təhdid mövcuddur
Strategiya addım-addım həyata keçiriləcək
Süleyman Kərimovun milyardlıq aktivlərini idarə edən şirkət bloklandı
Co Bayden: “Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik”
Bayden 7 milyard dolların yarısını əfqan xalqına qaytarır
Bayden: “NATO təkcə daha güclü yox, həm də daha yekdil olacaq”
Amerika İrana yeni sanksiyalar tətbiq edə bilər
Bayden Ərdoğanı təriflədi
ABŞ, Yaponiya və Cənubi Koreya liderləri təcavüzdən narahatdır
Əsas mövzu NATO və Ukraynadır
“Promcomplektlogistic” Rusiyaya sanksiyalardan yayınmaqda kömək edib
Hindistan həm ABŞ-ın yanındadır, həm də Rusiyanın
ABŞ Rusiyanın müdafiə sənayesi və qızıl idxalına yeni qadağalar tətbiq edib
“Rusiyanın parçalanma prosesini dayandırmaq mümkün deyil”
ABŞ prezidenti və ailəsinin Rusiyaya girişi qadağan olunub
ABŞ prezident Co Baydenin Asiyaya 4 günlük səfər turnesi başa çatıb. Bayden əvvəlcə Cənubi Koreyaya səfər edib, Seulda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, Şimali Koreyanın nüvə təhlükəsi barədə fikir mübadiləsi aparıb. Bayden Cənubi Koreyadan sonra Yaponiyaya gedib, bölgədəki digər əsas müttəfiqlərindən biri ilə müzakirələr aparıb. Tokioda dörd ölkədən formalaşan – ABŞ, Yaponiya, Hindistan və Avstraliya liderlərinin növbəti sammiti də keçirilib.
Bayden Seul və Tokiodakı görüşlərində 3 təhlükədən – Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindən, Çinin artan hərbi gücü ilə bərabər Tayvan adasını ələ keçirmək təşəbbüslərindən və Şimali Koreyanın nüvə təhlükəsindən danışıb. Bayden Seulda Cənubi Koreyanın Ukraynaya hərbi yardım çatdırması imkanlarını da müzakirə edib. Cənubi Koreya Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni pisləsə də, bu müharibədə tərəf olmaq istəmir.
Bayden Tokioda olarkən də Ukrayna mövzusunu unutmayıb. O Yaponiyanın “böyük yeddilərdən” biri olaraq Ukraynaya dəstəyinin vacib olduğunu söyləyib. Yaponiyanın baş naziri Fumio Kisido Ukraynaya dəstəyi davam etdirəcəklərini vəd edib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Tokio ilə Moskva arasında münasibətlər daha da gərginləşib. Birincisi, Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulub, ikincisi, Kremlin Kuril adalarını geri qaytarmayacağını anlayan Yaponiya hökuməti Moskva ilə əməkdaşlığı minimuma endirib.
Bayden Tokioda Çinin artan hərbi gücü barədə də fikirlər söyləyib. Bayden jurnalistlərdən birinin sualına cavab verərkən Çinin Tayvana hücum edəcəyi halda ada dövlətinə hərtərəfli dəstək verəcəklərini bildirib. “Ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır”, deyən Bayden Çinin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ-ın hərbi müdaxilə edəcəyini vurğulayıb. ABŞ prezidenti Çinin Tayvan sərhədinə yaxın uçuşlar həyata keçirməsindən də narahat olduqlarını vurğulayıb.
Çin və Tayvan mövzusu ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderlərinin sammitində də əsas müzakirə mövzularından biri olub. Bu müzakirələrdən narahat olan Pekin dördlü formatı Asiya dövlətlərinin maraqlarına cavab vermədiyini iddia edib. Pekin Tayvan məsələsini Çinin daxili məsələsi sayır. Bu o deməkdir ki, Çin Tayvanı nəzarətə götürə biləcəyi əməliyyatına hər an başlaya bilər və bunu özünün müstəsna hüququ sayır.
Bayden BMT-də islahatların tərəfdarı olduğunu və Yaponiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təklifini dəstəklədiyini bildirib. Yaponiya ilə yanaşı Hindistan da BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Ancaq Təhlükəsizlik Şurasının digər iki üzvü - Çin və Rusiya çətin ki, Yaponiya və Hindistanın üzvlüyünə səs versinlər.
Pekin Baydenin Cənubi Koreya və Yaponiyaya səfərinə özünəməxsus şəkildə reaksiya verib. Çin Baydenin bu səfərinə bu bölgədə hərbi gəmilərinin təlimlərinə başlamaqla cavab verib.