vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
17:27 | 29 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2035 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İstefa verməyə hazıram»

Cənubi Koreya lideri xalqdan üzr istədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreya prezidenti Pak Kın He korrupsiya qalmaqalı ilə bağlı ölkə vətəndaşlarından üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib.

Dövlət başçısı bunu televiziya vasitəsi ilə Cənubi Koreya əhalisinə müraciətində bəyan edib.

«Xalq qarşısında səmimi olmadığıma görə bir daha üzr istəyirəm», - deyə prezident vurğulayıb.

Pak Kın He deyib ki, dövlət başçısı kimi gələcək taleyi ilə bağlı qərar verməyi parlamentin ixtiyarına buraxıb: «Prezidentliyimin müddətinin ixtisar edilməsi də daxil olmaqla, dövlət başçısı kimi taleyimlə bağlı məsələni parlamentin həll etməsini təklif edirəm».

Qeyd edək ki, bir müddət öncə Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Dövlət başçısının rəfiqəsini ölkədən qaçmaması üçün həbs ediblər.

Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq, iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən artıq şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər.