«TAP-ın arxasındakı qaranlıq oyunlar»
Siyasi alverin daşı İtaliya-Azərbaycan münasibətlərinin başında çatlaya bilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Faşist diktatorun liberal nəvəsi
Reyçel Mussolini insan haqlarına görə baş nazir Meloninin partiyasını tərk edib
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
“Şiddət problemi endemik hala gəlib”
İtaliyada tibb işçilərinə qarşı zorakılıq xəstəxanaların təhlükəsizliyini şübhə altına alır
-
Fırtına və leysan İtaliyada fəlakət törədib
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
-
8 saatlıq tətil
İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub
-
AES-lə bağlı üçüncü referendum
İtaliya nüvə enerjisinə qayıtmağı müzakirə edir
-
Siciliya sahillərində 6 cəsəd tapılıb
Meyitlərin 21 nəfər itkin düşənlərə aid olduğu güman edilir
-
Meloni və Zelenski görüşdü
Soyuq qış aylarında Ukraynanın təcili ehtiyacları danışıqlarda gündəm olub
-
Nazirin “başını yeyən” məşuqə
İtaliyanın mədəniyyət naziri sosial media fenomeni ilə münasibətinə görə istefa verdi
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
75 faizi ölümü üçün 1000 avro ödəyib
Aralıq dənizində qayığın batması nəticəsində 21 miqrant itkin düşüb
-
... Mafiya liderinin oğlu öldürülüb
İtaliyada “İnter” azarkeşləri arasında dava düşüb ...
-
İfrat sağ və irqçiliyin fəsadları
Tarixdə bəşəriyyətin törətdiyi ən böyük fəlakət – İkinci Dünya müharibəsi
-
Torpaq sürüşmələrində 2 nəfər itkin düşüb
İtaliyada güclü yağışın səbəb olduğu sel və daşqınlara səbəb olub
-
İntellektual oğru
Romada qarət üçün girdiyi evdə kitab oxuyan şəxs həbs olunub
-
Ölümündən iki ay əvvəl ev dustağı idi
Siciliyada batmış super lüks yaxtada itkin düşənlərin müəmmalı ortaq nöqtəsi
İtaliyanın nüfuzlu «İl Giornale» qəzetinin «Occhi della Guerra» bölümündə son günlərdə İtaliyada Azərbaycana və TAP layihəsinə qarşı aparılan təxribat kampaniyasının arxasında dayanan səbəblərə dair «TAP-ın arxasındakı qaranlıq oyunlar» adlı məqalə dərc edilib.
Müəllifi «Nodo di Gordio» beyin mərkəzinin baş tədqiqatçısı professor Andrea Marcigliano olan məqalədə qeyd edilir ki, Azərbaycan yataqlarından çıxarılan qazı İtaliyaya nəql edəcək Transadriatik qaz kəməri (TAP) layihəsi ətrafında qəribə «küləklər» əsir:
«Qəribə və təhdidedici küləklər. TAP İtaliyanı, daha dəqiq desək, təyinat nöqtəsi olan Puliyanı bütün Avropaya qaz paylaşdırmaq imkanlarına sahib olacağı səbəbindən mühüm strateji qovşağa çevirəcək. Böyük inkişaf potensialına malik bu qaz kəməri hətta Aİ tərəfindən Birgə Maraq Layihəsi statusuna layiq görülərək, Aİ-nin enerji siyasətinin strateji məqsədlərinə xidmət edəcək 12 prioritet «dəhliz»dən biri olan «Cənub Qaz Dəhlizi»nin mühüm hissəsini təşkil edir. Bundan başqa, TAP-ın tikinti xərclərinin böyük hissəsi «Şahdəniz-2» yatağını idarə edən Azərbaycan konsorsiumu tərəfindən qarşılanacaq və ətraf mühitə təsirlərin qiymətləndirilməsi göstərir ki, layihə yüksək ekoloji göstəricilərə malikdir.
TAP qaz kəməri vasitəsilə yaxın zamanda il ərzində 10 milyard kub, daha sonra isə 20 milyard kub qazın nəqli üçün bütün məsələlər qaydasında olmalıdır. Bu infrastrukturun strateji əhəmiyyətini dərk etmək çətin deyil. Belə ki, bu layihənin reallaşması həm Puliya iqtisadiyyatına, həm də ümumilikdə bütün ölkə sənayesinə böyük fayda gətirəcək. Unutmaq lazım deyil ki, məhz TAP sayəsində İtaliya Azərbaycan qazını Avropaya daşımaqla strateji qovşağa çevriləcək və nəhayət ki, adi bir idxalçı ölkə kimi aşağı status vəziyyətindən çıxacaq.
Bütün bu şübhə edilə bilməyən üstünlüklərə baxmayaraq, «kimsə» layihənin həyata keçirilməsini əngəlləməyə cəhd göstərir. Əvvəllər «Puliyanın gözəl sahili dağıdılacaq», «Zeytun ağacları kəsiləcək» kimi ekoloji bəhanələr ekoloji təsirin elmi cəhətdən dəyərləndirilməsinin üzə çıxması ilə puça çıxıb. Daha sonra Puliya regionunun prezidenti Mikele Emilliano kəmərin Leççedən deyil, Brindisidən keçməyini təklif edərək TAP-ın marşrutundan şikayət etməyə başladı. Həyata keçirilməsi çətin olan bu təklif layihə üzrə işlərin bir neçə il təxirə salınmasına gətirib çıxaracaq və layihənin beynəlxalq səhmdarlarını boru kəmərinin marşrutunu dəyişdirməyə və onu bizim sahillərimizə doğru çəkməməyə məcbur edəcək.
Lakin indi TAP-ın həyata keçirilməsi üçün vacib şərt olan İtaliya və Azərbaycan arasında mövcud əla münasibətlərə zərbə vurmağa yönəlmiş, bütün jurnalistika vasitələrindən istifadə etməklə böyük media hücumu başlayıb. Bu media hücumu, əsasən, Bakının guya «ifadə azadlığı və insan haqlarını sistematik şəkildə pozması» tezisi üzərində qurulub. Lakin unudulur ki, İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutillonun dediyi kimi, Azərbaycan bütün dini və mədəni azadlıqların hüquqları təmin edilən dünyəvi bir dövlətdir və bu ölkə Qərb tipli siyasi-institusional modelin qurulması istiqamətində önəmli dövlət quruculuğu prosesi yaşayır. Digər tərəfdən, Roma-Bakı münasibətlərinə zərbə vurmağa çalışanların liberal demokratiya nümunəsi olmayan, tolerantlıq və multikulturalizmdən uzaq olan dövlətlərlə İtaliyanın mövcud iqtisadi münasibətlərinə dair susqunluq nümayiş etdirməsi təəccüb doğurur.
Bu qaranlıq görünən məsələdən başqa, sual ediləsi digər məsələ Roma və Bakı arasındakı münasibətlərdə mümkün böhrandan kimlərin bəhrələnə biləcəyi, xüsusilə də kimlərin TAP-ın reallaşmamasında maraqlı olmasıdır. Çoxlu fərziyyələr mövcuddur və böyük ehtimalla bu, Demokratik Partiyanın daxilində Mikele Emiliano və Matteo Renzi arasındakı ədavət kimi ölkəmizdə dar maraqların qəliz bir torunun mövcudluğu ilə bağlıdır və daha qəliz olanlar isə iti baxışlı siyasi və iqtisadi maraqlara malik beynəlxalq «güclər»dir. O güclər ki, İtaliyanın, göründüyü kimi, Qaz bazarında mövcud «böyük oyun»un fəal iştirakçısı olmasını istəmirlər və İtaliyanı ağır şərtlərə tabe olmağa məcbur edirlər.